525.Az

Silahlı Qüvvələrin Dağlıq Qarabağ cəbhəsində itki verdiyi barədə məlumatlar əsassızdır


 

Silahlı Qüvvələrin Dağlıq Qarabağ cəbhəsində itki verdiyi barədə məlumatlar əsassızdır<b style="color:red"></b> Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində toqquşma olub.
 
APA-nın “armtoday.info” saytına istinadən verdiyi məlumata görə, iyulun 31-ə keçən gecə Azərbaycan “diversiya qrupu” Dağlıq Qarabağda cəbhə xəttinin şimal istiqamətində erməni silahlı birləşmələrinin dayaq məntəqəsinə hücum edib.
 
Baş verən atışmada iki erməni hərbçinin öldüyü, Azərbaycan Ordusunun da xeyli itki verərək geri çəkildiyi bildirilir.
 
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumatda isə Ermənistan KİV-in yaydığı məlumatın əsassız olduğu qeyd edilib.
 





31.07.2014    çap et  çap et