525.Az

Ronaldinyo: "Karyeramı bitirməyi düşünmürəm"


 

Ronaldinyo: "Karyeramı bitirməyi düşünmürəm"<b style="color:red"></b>

"Atletiko Mineyro" klubundan ayrılan Ronaldinyo gələcək karyerası haqda danışıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 34 yaşlı futbolçu karyerasını başa vurmaq haqda düşünmədiyini bildirib:

"Hələ ki, karyeramı bitirmək haqda düşünmürəm. Hazırda menecerim klublarla danışıqları davam etdirir. Növbəti həftədən gələcək karyeram haqda düşünəcəm. Telefonlarıma gələn zənglərin ardı-arası kəsilmir. Ancaq bir qədər istirahət etmək istəyirəm".

 





31.07.2014    çap et  çap et