525.Az

Seçkilərlə əlaqdar Türkiyə səfirliyi və konsulluqlarında seçki məntəqələri yaradılıb


 

Seçkilərlə əlaqdar Türkiyə səfirliyi və konsulluqlarında seçki məntəqələri yaradılıb<b style="color:red"></b>

Türkiyədə avqustun 10-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirlik və konsulluqlarında seçki məntəqələri yaradılıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyindən APA-ya verilən məlumata görə, səsvermə avqustun 3-də saat 08:00-dan 17:00-dək Bakı səfirliyində, Gəncə və Naxçıvan konsulluqlarında baş tutacaq.
 
Səsvermədə ancaq iyulun 9-na qədər “ysk.gov.tr” saytında qeydiyyatdan keçmiş Türkiyə vətəndaşları iştirak edə biləcəklər.
 
Azərbaycanda yaşayan 15 min Türkiyə vətəndaşından 6305 nəfərin seçkilərdə iştirakı gözlənilir. Bakıdakı səfirlikdə 5611 nəfərin səs verməsi üçün 8 seçki qutusu hazırlanıb. Gəncə konsulluğunda 403, Naxçıvan konsulluğunda isə 291 Türkiyə vətəndaşının səs verməsi gözlənilir.
 
Seçki məntəqələrində səsvermə prosesini beynəlxalq müşahidəçilərin də işləməsi nəzərdə tutulur.
 
Qeyd edək ki, Türkiyənin 12-ci prezidentinin seçkiləri üçün ilk tur avqustun 10-u, seçkilər ikinci tura keçəcəyi təqdirdə isə avqustun 24-ü müəyyən edilib.
 
Xaricdə olan Türkiyə seçiciləri üçün isə bu tarix müvafiq olaraq 31 iyul - 3 avqust, 17-20 avqustdur. 

 





31.07.2014    çap et  çap et