525.Az

Rusiya Azərbaycanın “Bakı Gəmiqayırma Zavodu”na sərnişin katerləri sifariş verib


 

Rusiya Azərbaycanın “Bakı Gəmiqayırma Zavodu”na sərnişin katerləri sifariş verib<b style="color:red"></b>

Rusiya Dəniz Gəmiçilik Registri Azərbaycanın “Bakı Gəmiqayırma Zavodu” MMC-yə üç ədəd 38M tipli yüksək sürətli sərnişin katerinin inşasını sifariş verib.

APA-nın “Portnews”a istinadən verdiyi məlumata görə, artıq tərəflər arasında müqavilə bağlanıb, katerlərin tikintisinə avqust ayında başlanacaq. Müqavilə üzrə sifarişlər 2016-cı ilin may ayına qədər başa çatdırılmalıdır.
 
Uzunluğu 38,22 metr, eni 8.2 metr, işçi heyəti 8 nəfər təşkil edən katerlər 80 nəfərlik heyəti və yükləri mobil dəniz qazma qurğularına, dənizdəki digər neft və qaz obyektlərinə daşımaq üçün nəzərdə tutulur.
 
Katerlər sahildən 100 dəniz mili uzaqlaşa bilir.

 





31.07.2014    çap et  çap et