525.Az

KATV1 kabel televiziyası abunəçilərini sevindirəcək


 

KATV1 kabel televiziyası abunəçilərini sevindirəcək<b style="color:red"></b> Bütün dünyada, o cümlədən Azərbaycanda informasiya texnologiyaları durmadan inkişaf edir. Ölkənin aparıcı kabel televiziya operatoru olaraq KATV1 bu tendensiyadan kənarda qalmır. Abonentlərə daim yüksək keyfiyyətli xidmət göstərən KATV1 kabel televiziyası bunun üçün dünyada istifadə olunan ən son avadanlıq və texnologiyalardan yararlanır.

525.az-ın  verdiyi məlmata görə, şirkətdə artıq bir neçə müddətdir ki, yeni avadanlıqların quraşdırılma işləri aparılır. Bu səbəbdən son günlər yayımda fasilələr yaranır. Aparılan işlər yekunlaşdıqdan sonra yayımda fasilələr aradan qaldırılacaq, analoq və rəqəmsal yayımın keyfiyyəti yüksələcək. Bundan əlavə tətbiq olunan yeni texnologiyalar abunəçilərə bir çox digər imkanlardan yararlanmağa imkan verəcək. Böyük üstünləklərdən biri isə tariflər dəyişilmədən rəqəmsal yayımda kanalların sayının artaması olacaq. Yeniliklər zəng mərkəzini də əhatə edəcək. Belə ki, dünyanın aparıcı şirkətlərinin zəng mərkəzlərini quran “AVAYA” şirkətilə əldə olunan razılığa əsasən KATV1 kabel televiziyasının 127 zəng mərkəzi təkmilləşdirilir. Bu da abunəçilərə telefon vasitəsi ilə daha tez və daha rahat məlumat əldə etməsinə şərait yaradacaq.
Qeyd edək ki, 2005-ci ildən Milli Televiziya və Radio Şurasının verdiyi lisenziya əsasında fəaliyyət gösərən  KATV1 kabel televiziyası, təkcə televiziya xidmətləri göstərmir, həm də fiber-optik şəbəkə vasitəsi ilə abunəçilərə yüksək sürətli internet də təqdim edir. Şirkətin Bakı, Gəncə, Mİngəçevir  və Xıdalan şəhərlərində ümumilikdə 15-dən çox xidmət mərkəzi fəaliyyət göstərir ki, abunəçilər bu mərkəzlərdə KATV 1 kabel televiziyası ilə bağlı bütün növ əməliyyatları həyata keçirə bilərlər.
 





31.07.2014    çap et  çap et