525.Az

Artur Rəsizadə taxılçılıqla bağlı qərarda dəyişiklik edib


 

Artur Rəsizadə taxılçılıqla bağlı qərarda dəyişiklik edib<b style="color:red"></b> Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qərar verib.

Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, qərar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun tətbiqi barədə prezidentin sərəncamının icrası məqsədi ilə verilib.
 
Qərara əsasən, taxılçılıq fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərində dövlət nəzarəti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq həyata keçiriləcək. Baş nazirin imzaladığı qərarla İqtisadiyyat və Sənaye Nazirliyi taxıl məhsullarının insanın həyatı, sağlamlığı, dövlətin əmlak maraqları və ətraf mühitin təhlükəsizliyinin qorunmasını təmin edəcək standart və tələblərə uyğunluğuna nəzarət edəcək.
 





31.07.2014    çap et  çap et