525.Az

Bakıda fəhlə tikintidə faciəli şəkildə ölüb


 

Bakıda fəhlə tikintidə faciəli şəkildə ölüb<b style="color:red"></b> Bakıda tikintidə faciəli hadisə baş verib.

Nəsimi Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Həsən Əliyev küçəsi-17 ünvanının (TQDK-nın) qarşısında elektrik yarımstansiyasında işləyən kişi bədbəxt hadisə nəticəsində ölüb.

Orada usta işləyən Zaqatala rayon sakini, 1957-ci il təvəllüdlü Fətquliyev Süleyman Fətqulu oğlu yıxılıb və nəticədə dəmir parçası onun döşqəfəsi nahiyəsinə sancılıb. S.SFofquliyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
 
Faktla bağlı araşdırma aparılır.
 





31.07.2014    çap et  çap et