525.Az

Rusiya Gürcüstanla azad ticarət haqqında sazişi dayandırır


 

Rusiya Gürcüstanla azad ticarət haqqında sazişi dayandırır<b style="color:red"></b>

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi Gürcüstanla bağlanmış “Azad ticarət haqqında” sazişin tətbiqinin dayandırılmasına dair qərar layihəsi hazırlayıb.

Lent.az-ın  “Gazeta.ru”ya istinadən məlumatına görə, sənəddə qeyd olunub ki,  sazişin tətbiqinin dayandırılması Rusiyanın aidiyyəti qurumları - XİN, İqtisadi İnkişaf Nazirliyi və Ədliyyə Naziliyi ilə razılaşdırılıb. 
 
Saziş 1994-cü il fevralın 3-də imzalanıb.
 
Qeyd edək ki, Gürcüstan parlamenti iyulun 18-də AB ilə assosiasiya haqqında sazişi təsdiqləyib. Bu sazişin müddəalarının əksəriyyəti sentyabrın 1-də qüvvəyə minəcək.  

 





31.07.2014    çap et  çap et