525.Az

"Qarabağ" Çempionlar Liqasında ilkə imza atdı


 

"Qarabağ" Çempionlar Liqasında ilkə imza atdı<b style="color:red"></b>

Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zalsburq"u 2:1 hesabı ilə məğlub edən "Qarabağ" klubu tarixə düşüb.

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsində qələbə qazanan ilk Azərbaycan komandası olub.

Buna qədər klublarımızdan yalnız "Bakı" və "Neftçi" ÇL-in III təsnifat mərhələsində iştirak etsələr də, qələbəyə həsrət qalmışdılar. 2009/2010 mövsümündə "Ekranas" (Litva) səddini uğurla keçən "Bakı" III mərhələdə "Levski" (Bolqarıstan) klubunu üstələyə bilməmişdi (0:0, 0:2).
 
2012/2013 mövsümündə isə səfərdə İsrailin "Hapoel" (Kiryat-Şmona) klubuna 0:4 hesabı ilə uduzan "Neftçi" cavab matçında son dəqiqələrdə qələbəni əldən vermişdi - 2:2. "Qarabağ" klubu isə Bakıda Avstriya çempionunu 2:1 hesabı ilə məğlub etməklə bu uğursuz seriyaya son qoyub.

 

 





31.07.2014    çap et  çap et