525.Az

Beynəlxalq Qızıl Xaç Komitəsi yenidən Kəlbəcər girovları ilə görüşüb


 

Beynəlxalq Qızıl Xaç Komitəsi yenidən Kəlbəcər girovları ilə görüşüb<b style="color:red"></b>

"Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri girovluqda olan iki azərbaycanlıya - Şahbaz Quliyev və Dilqəm Əhmədova ikinci dəfə baş çəkiblər. Onlara ailələri barədə məlumat verilib və  ailələrindən məktublar çatdırılıb”.

Bu barədə Moden.az saytına BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O, həmin görüşün iyulun 28-də baş tutduğunu söyləyib.

Girovluqda olan Şahbaz Quliyevin gözünü çıxarılması ilə bağlı yayılmış xəbərlərə gəlincə, “BQXK saxlanılan şəxslərin fiziki durumu barədə açıqlama vermir. Onların geri qaytarılması barədə dialoqlar davam etdirilir”, - deyə komitə rəsmisi əlavə edib.

Qeyd edək ki, Ermənistan tərəfi iyulun 11-də iki azərbaycanlının girov götürüldüyü  haqqında məlumat yayıb.  Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. Hazırda girovluqda olan Ş.Quliyev və D.Əsgərova qarşı “DQR”də cinayət işi açılıb. Girov düşərək öldürülən Həsən Həsənovun meyitini isə ermənilər iyulun 26-da Dağlıq Qarabağda dəfn etdiklərini deyirlər.

 





30.07.2014    çap et  çap et