525.Az

Penitensiar müəssisələrdə 6 ay ərzində 211 cinayətin üstü açılıb


 

Penitensiar müəssisələrdə 6 ay ərzində 211 cinayətin üstü açılıb<b style="color:red"></b>

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2014-cü ilin birinci yarım ili ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müşavirədə Penitensiar Xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev müşavirəni açaraq, xidmətin 2014-cü ilin 6 ayı ərzindəki fəaliyyətinə yekun vurub və qeyd edib ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müəyyən nəticələr əldə edilib.
 
Müşavirədə Penitensiar Xidmətin 2014-cü ilin birinci yarım ili ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi dinlənilib.

Qeyd olunub ki, penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində bu ilin birinci yarım ili ərzində 211 müxtəlif cinayətin üstü açılıb.

 





30.07.2014    çap et  çap et