525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Bakıda və Abşeron yarımadasında iyulun 31-də hava şəraitinin əsasən dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Temperatur gecə 20-25, gündüz 30-35 dərəcə arasında olacaq.
 
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə arasında olacaq.
Dağlıq ərazilərdə gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı ehtimal olunur.
 





30.07.2014    çap et  çap et