525.Az

Göyçayda 46 yaşlı kişi özünü asıb


 

Göyçayda 46 yaşlı kişi özünü asıb<b style="color:red"></b>

Göyçay rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Potu kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1968-ci il təvəllüdlü İlham Yusifov yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib. Rayonda maşın ustası kimi çalışan, iki övlad atası İlham Yusifovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
 
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

 





30.07.2014    çap et  çap et