525.Az

"Qəbələ"ni hədəflərinə çatdıracağıq"


 

"Qəbələ"ni hədəflərinə çatdıracağıq"<b style="color:red"></b>

"Hazırlıq prosesimiz yüksək səviyyədə keçdi. Deyərdim ki, komanda həm fiziki, həm taktiki, həm də psixoloji cəhətdən hazır duruma gəldi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun yeni transferi Cavid Hüseynov klubun rəsmi saytına açıqlamasında Hollandiya təlim-məşq toplanışı haqda danışarkən deyib.

C.Hüseynov komandası ilə hədəflərinə çatacağına inandığını bildirib: "Gündəlik iki məşq etdik və güclü rəqiblərlə qarşılaşdıq. Yorğunluğumuz olsa da, məsuliyyətimizi dərk edərək məşqlərdə səylə çalışdıq. Bunun da faydasını çempionatda görəcəyik. Heyətdə yeni olsam da, komandaya tez uyğunlaşdım. İnanıram ki, gücümüzü birləşdirib "Qəbələ"ni hədəflərinə çatdıracağıq".

 





30.07.2014    çap et  çap et