525.Az

Türkiyə 2014: tarixi seçkilər və ya tarixin seçimi


 

Türkiyə 2014: tarixi seçkilər <b style="color:red">və ya tarixin seçimi</b>

Mən həmişə əmin olmuşam ki, həqiqi vətənpərvərlik vətəndaşlıq ətrafda hamının danışdığı zaman susmaqda deyil, əksinə, hamının susduğu zaman danışmaqdadır. Daimi intensiv kontaktlarda olan bir beynəlxalq qeyri-hökumət təşkilatının rəhbəri kimi, mənim üçün, bu gün tamamilə aydındır ki, perspektivdə türk dünyasının bütün xalqlarına təsir edəcək Türkiyədəki qarşıdan gələn seçkilər haqqında danışmaq prinsipial vətəndaş mövqeyi məsələsidir.

Elə ondan başlayaq ki, bu gün dünya Türk mediasında ölkədəki siyasi reallığa dair pessimist dəyərləndirmələr kifayət qədərdir – “Ərdoğanın diktator çevrilişihaqqında bəyanatlar verilir, Türkiyənindemokratik ilğımı üçün yas tutulur, “böyük Ərdoğan erasının qürubu proqnozlaşdırılır s. Mən bunun qəsdən olub-olmadığını bilmirəm, lakin faktiki olaraq biz cəmiyyətinsusmağa üstünlük verdiyini müşahidə edirik. R. T. Ərdoğanı tənqid atəşinə tutan mötərizədən kənar analitik məqalələr, medianın şərhidaha mühüm məsələləri nəzərdən qaçırır. Halbuki, qeyd etdiyimiz ciddi məsələlər gələcəkdə Türkiyə dövlətinin mövcudluğunu sual altına qoyur.

Birincisi, bu, ölkədə milli birlik sabitliyə olan təhdiddir. Müəyyən qüvvələrin Türkiyəni parçalamağa, millətlərarası gərginliyi qızışdırılmasına, ölkəni tənəzzülə gətirməyə çalışması barədə iddiaları Türkiyənin Avropa Birliyi Məsələləri üzrə naziri Mevlüt Çavuşoğlu demək olar ki, rəsmən təsdiq etdi: “Türkiyədə Suriya ssenarisinin təkrar olunması qeyri-mümkündür. Ölkədə daxili qarşıdurmaya cəhd edənlər, uğursuzluğa məhkumdur”. Nazir, siyasi korrektlik nöqteyi-nəzərindən bu ssenarilərin sifarişçilərini açıq-aşkar göstərməsə , Türkiyənin mümkünsuriyalaşmasıməsələsinin qoyuluşu artıq 90 il əvvəl, ölkənin dağılması astanasında olarkən cərəyan edən hadisələrlə əsaslı analogiya aparılmasına imkan verir. O zaman xalqın xilası siyasi səhnəyə Atatürk kimi nəhəng tarixi şəxsiyyətin gəlməsi ilə mümkün olmuşdu. Hakimiyyət rəsmilərinin sakitləşdirici təminatlarına baxmayaraq, eləcə ölkəyə yönəlmiş bugünkü təhdidlərin miqyasının heç az olmamasını nəzərə alsaq, Türkiyənin artıq milli böhran astanasında olması haqqında danışmaq olar. Etiraf etmək lazımdır ki, bunun qarşısını almaq yalnız seçkilərin hələ birinci turunda böyük səs çoxluğunda ifadə olunan xalqın vahid iradəsinin nümayişi ola bilər. Buna alternativ təkcə Ukraynadakı qanlı hadisələrin təkrarı ola bilər, lakin fikrimizcə, belə bir miqyaslı qarşıdurma artıq ölkə hüdudlarını aşaraq bütün regionu əhatə edə bilər.

Nəticə: ölkəyə, milləti birləşdirməyə daxili parçalanma təhlükəsinin qarşısını almağa qadir xarizmatik ümummilli lider lazımdır.

İkincisi, regional sabitlik təhlükəsizliyə təhdid. Sirr deyil ki, müasir geosiyasi ədəbiyyatda XXI əsrdə bütün Yaxın Orta Şərq regionunun mövcud siyasi xəritəsində ciddi dəyişiklikləri nəzərdə tutan müxtəlif geostrateji ssenarilərin geniş yayılması yer alıb.

Onlardan bəziləri etibarlı (məsələn, bədnam polkovnik Ralf Peterson tərəfindən ilk dəfə 2006- ildə NATO kurslarında nümayiş etdirilənYeni Yaxın Şərqxəritəsi), digərlərihəqiqəti daha az əks etdirən hesab olunur, lakin demək olar ki, onların hamısı bəzi ərəb dövlətlərinin sərhədlərinin dəyişdirilməsi, ilk növbədə İraqın üç yerə parçalanması, eləcə İran, Türkiyə, Əfqanıstan, Pakistan digər ölkələrin parçalanmasını bu ölkələrdən qopardılmış ərazilərdə yeni dövlətlərin yaradılması məqsədini güdür. Sual yaranırbəs region dövlətləri xalqları faktiki artıq başlanmış parçalanmadan, bu ölkələrin xalqları gözlənilən qanlı xaos dağıntılardan xilas ola bilərlərmi?

Nəticə: regionun böyük siyasi təcrübəsi ilə yanaşı, həm geosiyasi təşəbbüsü ələ almağı bacaran, alternativ layihələr təklif edə bilən bununla da gözlənilən regional xaos qan tökülməsinin qarşısını ala biləcək liderə həyati ehtiyacı var.

Üçüncüsü, zənnimcə, Türkiyə üzərində olan daha bir ciddi təhlükəonu, təbii müttəfiqləri olan qardaş Türk xalqlarından qoparmaq, aralarına nifaq salmaqdır. Biz bilərəkdən Türk dünyasının birliyindən danışmırıq, çünki yaxın tarixi keçmişdə müasir zamanda təəssüf ki, belə bir fenomen olmayıb. Bunun bir çox izahı var ən ağlabatanı odur ki, Türk xalqlarının əksəriyyəti böyük imperiyaların tərkibinə daxil olmuş, fərqli inkişaf yolu keçmişlər. Bununla belə, tarix əsrlərin qovşağında türk dünyasına unikal şans verdi  dünyanın yeni inteqrasiya mərkəzlərindən biri olmaq imkanını. Tarixin axarı istiqaməti məhz Türk xalqlarının bu imkandan faydalanıb-faydalanmamağından asılıdır.

Vəziyyəti daha da mürəkkəbləşdirən məqamlardan biri müasir siyasi reallığın fərqli meyllərdən biri olan dünya ölkələrinin əksəriyyətinin, hətta iri regional dövlətlərin belə, müxtəlif siyasi iqtisadi birliklərə qoşulmaq arzusudur. Zənnimizcə müasir Türkiyə, bizim, çox ciddi tarixi seçim qarşısındadıryaarxa qapıdan artıq hazır ya formalaşan inteqrasiya bloklarına daxil olmaq, ya da , bir sıra xalqların türk kimliyi bünövrəsi  üzərində qurulan alternativ layihə təşəbbüsü ilə məsələn, vahid Türk iqtisadi məkanını, çıxış etməkdir.

Bununla belə, burada ən mühüm amil heç ciddi siyasi, iqtisadi intellektual-diplomatik sıçrayışın olmaması deyil, daha çox tarixi zamanın çatışmazlığındadır. Zaman isə gecikmələri bağışlamır.

Son zamanlar türkdilli ölkələrə ünvanlanmış təkliflər, vədlər hətta bir-birinə qarşı mübarizə aparan bloklara cəlb etmək məqsədilə ayrı-ayrı türk dövlətlərinə yönəlmiş təhdidlərin aktivləşməsi milli elitalara manevr etmək imkanlarını daraldır. Türkdilli dövlətlərin daha sıx birliyinin yaradılması zərurəti zamanın tələbinə çevrilir. Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda keçirdiyi danışıqlar bu ideyanın aktual olduğunu bir daha təsdiqlədi. Ortaq mədəniyyət sivilizasiya kodunun birləşdirdiyi, tarixən güclü əlaqələr nəhəng resurs bazasına malik olan türk xalqlarının təkcə yeni binanın memarlarına ehtiyacı vardır.

Nəticə: Bu gün türk dünyasına qlobal düşüncəli, bir çox onilliklərin perspektivini öncədən  görə biləcək liderlər lazımdır. Şəxsən mənim üçün bu mövzu çox yaxındır, çünki bizim fəaliyyətimiz zamanı fondumuz tərəfindən işlənib hazırlananTürk xalqlarının diaspor birliyilayihəsinin həyata keçirilməsi zamanı belə bir qənaətə gəldik ki, bu məsələ türk dünyasında genişmiqyaslı düşüncə sahibi olan siyasətçilərin olması ilə birbaşa əlaqəlidir.

Dördüncüsü, Türkiyə dövlətçiliyinə ciddi təhlükə müsəlman dünyasının daxili parçalanmasından irəli gəlir. Sual yaranır: niyə tarixin dönüş mərhələlərində İslamın müxtəlif istiqamətləri təriqətləri arasında olan qarşılıqlı əlaqələr problemi dalğavari olaraq gündəmə gəlir, onlar arasında mübarizə kəskinləşir? Bu suala şübhəsiz ki, elmi nöqteyi-nəzərdən mütəxəssislər daha dəqiq cavab verə bilərlər. Lakin bizim üçün hər zaman İslamdakı məzhəbdaxili çəkişmə ziddiyyətlər geosiyasi məqsədlərə nail olmaq üçün süni təhriklərdən başqa bir şey deyil. Əks halda, bir məsciddə onilliklərlə namaz qılan möminlərin birdən-birə yaşadıqları şəhər hətta ölkədə belə birgə qalmaq istəməməsini necə başa düşməliyik? Buna əlavə olaraq İslam dövlətin dünyəvi inkişafının tərəfdarları arasında olan münaqişənin şişirdilməsi eyni dinin insanları arasında sosial siyasi əlaqələrin kəsilməsi təhlükəsini daha aşkar labüd edir. Bunun möhtəşəm təsviri belədir: Yaxın Orta Şərq müsəlman ölkələrinin sülh, müharibəvəziyyətindənpis ya çox pisinkişaf ssenariləri arasında seçim etmək vəziyyətinə tədricən düşməsidir. 

Nəticə: Müsəlman dünyasında hökm sürən tarixi vəziyyət mövcud ziddiyyətlərə üstün gəlməyi bacaran, cəmiyyətin dini dünyəvi inkişaf yolunun birgə harmonik mövcud olması üçün yeni model təklif edə biləcək siyasətçilərin meydana gəlməsini tələb edir. 

Mən Türkiyə dövlətçiliyi regional sabitliyin mövcudluğuna dair dörd təhdidin olması haqda öz baxışlarımla bölüşdüm. Kimsə daha geniş təhdid spektrini göstərə bilər, kimlərsə mənim həmin təhdidlərin aradan qaldırılması yolunda gəldiyim nəticələrdə ölkədə siyasi liderin zəruri olması haqda fikirlərimlə razılaşmaya bilər. Lakin tarixin dahi siyasətçilər tərəfindən yaradılması ya ki tarix tərəfindən tələb olunan zaman siyasi arenaya ümummilli liderlərin çıxması mənim üçün o qədər əhəmiyyətli deyil. Əsas odur ki, ölkənin fövqəl məqamında, xalqın ölkənin taleyi həll olunan zaman üzərlərinə tam məsuliyyət götürən arxasınca aparan millətin öz Atatürkü, öz Heydər Əliyevi vardırmı? Lakin bu cür tarixi şəxsiyyətlər sehrli çubuğun qüvvəsilə anidən meydana gəlmirlər. Onlar bizim aramızdadır xalqın yetkinliyi müdrikliyi onları qəlblə hiss etməsi, ağılla dərk etməsindədir.

Bu gün çoxsaylı milli regional təhdidlər qarşısında duran Türkiyədə irimiqyaslı tarixi şəxsiyyət qismində yalnız dəfələrlə böyük iradə nümayiş etdirərək, hətta zahirən ümidsiz vəziyyətdən layiqincə alnı açıq çıxmağla, ölkəni ümummilli böhran təhlükəsindən qurtara bilən Rəcəb Tayyib Ərdoğanı görürəm. Bu gün Türkiyənin siyasi üfüqündə, milli böhran təhlükəsinin qarşısını almaq potensialına malik bir siyasətçi varsa, o, da, şübhəsiz ki, R. T. Ərdoğandır.

Mən əminəm ki, əgər Türk xalqı ona yenə etimad göstərsə, məhz cənab R. T. Ərdoğan türk-islam dünyasında əlaqələrin yenidən lazımi vəziyyətə gətirilməsinə, həyati əhəmiyyətli problemlərin həllində bütün mütərəqqi qüvvələrin birləşməsinə nail olacaq. Bunun bariz nümunəsi son zamanlar ictimaiyyətə yaxşı məlum olan cənab R. T. Ərdoğanın məhkəmə hüquq-mühafizə sistemində, vətəndaş millətlərarası dialoqun qurulması regional əməkdaşlığın möhkəmlənməsi sahəsində atdığı addımlardır.

mən fəxr edirəm ki, bir neçə il bundan öncə cənab baş nazir Fondumuzun təsis etdiyi, görkəmli siyasi ictimai xadimlərin beynəlxalq əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə təltif etdiyiİlyas Əfəndiyev Beynəlxalq Mükafatılaureatı olub.

Mənə etiraz edilə bilər ki, bəs Türkiyədə başqa siyasətçilər, başqa seçim yoxdur ki? Əlbəttə ki, var bu da doğrudur ki, Türkiyədə müxtəlif səbəblərə görə, Ərdoğan olmadan ölkənin gələcəyini görmək istəyən insanlar da var. Lakin paradoks ondadır ki, bütün bəyan edilənƏrdoğansız Türkiyəplanlarında hər zaman ölkənin müasir siyasi reallığının ayrılmaz hissəsinə çevrilmişƏrdoğan faktoruvar. bu hissəni inkar etmək ya asanlıqla kəsib atmaq qeyri-mümkündür.

Seçkilərə gələn insanlar adətən ya ürək, ya da ki, ağılla səs verirlər. Lakin Türkiyədə ilk birbaşa prezident seçkilərinin keçiriləcəyi daxili beynəlxalq şərait, onlara elə əlamətdar tarixi əhəmiyyət vermiş, ölkəni isə elə təhlükəli çağırışlar qarşısında qoymuşdur ki, 10 avqustda hər bir vətəndaş seçki qutusu qarşısında həm ürəklə, həm ağılla seçim etməyə borcludur.

Türkiyə xalqı üçün bu seçkilər tarixi ola bilər, çünki xalq artıq tarix tərəfindən diktə edilən seçimi təsdiqləməlidir. Əks təqdirdə, insanlar çox yaxın bir vaxt ərzində artıq öz gələcək tarixini seçmək imkanından məhrum ola bilərlər.

 





26.07.2014    çap et  çap et