525.Az

Ədəbiyyatın şəhəri, kəndi


 

Ədəbiyyatın şəhəri, kəndi<b style="color:red"></b>

1937.az saytından Rövşən Danyeri Ramil QafarovunEybəcərqazaxşina şəhər nəsriyazısına münasibət soruşanda məqalənin üzdən yazıldığını deyib əvvəl boyun qaçırdım. Belə hesab elədim ki, müəllif mövzuya ya ötəri toxunub, ya da bəhs elədiyi dövrün ədəbiyyatını sən deyən elə çox oxumayıb, sadəcə ucundan-qulağından eşidibHəm ədəbiyyatda region söhbəti elədiyini görəndə yazmağa qəti həvəsim qalmadı. İndiki zəmanədə, xüsusilə, gənclərin feodal təfəkkürlü söhbətləri məni sıxır.

Amma dünən öz əvvəlki yazısına izahatını oxuyanda, yəni fikirlərinə bir növdüzəlişedib aydınlaşdıranda, dedim, indi qoy mən yazım, Rövşən bəy inciməsin.

Müəllifin toxunduğu mövzu həqiqətən aktualdısa, şübhəsiz, dartışıla bilər. Bunu ədəbiyyat adamları eləsə, daha yaxşıdı. Mən sadəcə, ədəbiyyat sevənəm, bilicisi deyiləm. Amma bir-iki nünası deyim. Əvvələ onu deyim ki, Ramil Qafarov sovetə qədər (sərhəd kimi 1937-ci ili düz seçib) sonrakı ədəbi dövrü uğurlu analiz edib. Bu barədə maraqlı yazılar hələ sovetin son illərində Moskvada nəşr olunanLiteraturnaya qazetada dərc edilirdi, o vaxtın bəzi televiziya proqramlarında müzakirə olunurdu. Ramil bəy yaxşı yazıb, sözüm yox.

Mən istərdim, bizim Soljenitsın çaplı demirəm, heç olmasa Aytmatov qədər tanınan yazıçımız olaydı, sovet dağılanda ədəbiyyatımızın sandığını açıb tökəydik. Olmadı! Səbəblərindən birinə bu yaxınlarda dərc olunanAzərbaycan dilində yazılan əsəri dünya ədəbiyyatbazarınaçıxara bilməzsənadlı müsahibəmdə toxunmuşamya dünya dillərində yazan yazıçın olmalıdı, ya da güclü tərcümə məktəbin.

Nəsr şəhər hadisəsidirfikri bizə təzə görünə bilər, amma Avropada, Rusiyada 50-100 il qabaq dartışılıb bitib. Uğurlu şəhər ədəbiyyatı aqrar mühitdə yarana bilməz. Bizsə sovetin total sənayeləşməsi siyasətinə görə müəyyən vaxt kəsimində urbanizasiya dövrü yaşadıq. Çox ağrılıdır ki, müstəqillik illəri özünün bütün geniş imkanlarına rəğmən bizişəhərlietmədi.

Ramil bəy az qala Qazax doğumlu yazıçıları ədəbiyyat mafiyası yaratmaqda, Qarabağ yazıçılarını isəpeyin qoxulu əsərlərdə bulaq üstə kabab mənzərələrindənbaşqa ortaya bir şey qoya bilməməkdə suçlayıb. Tək sovet yox, ondan əvvəl sonrakı dövrdə Qazax Qarabağ yazıçılarının yazdıqlarını siyahıdan çıxarsın, sonra ədəbiyyatımızın mənzərəsinə baxsın. Çoxmu zəngin görünəcək?

Rişxənd elədiyi Qarabağ yazıçıları tək kolxozdan yazmayıb, axı! Əlfi QasımovunQağayı fəryadı”, Bayram Bayramovun sonra ekranlaşdırılanBəlalı sevgi”, Sabir ƏhmədovunQanköçürmə stansiyası”, Aqil Abbasın 30 il əvvəl yazdığıQapqara uzun saçlar”, hələ yadıma düşməyən qədər ayrı əsərə necə kolxoz yaradıcılığı demək olar? Bəs şəhər nəsri necə olur? Başqa yerlərdə doğulmuş yazıçıların əsərlərini qeyd edərdim, amma mən ədəbiyyat coğrafiyamızı geniş əhatələmirəm, onun cızdığı ərazilərdən yazıram.

Şəhərli ədəbiyyata aid elədiyi uğurlu nümunələrlə razılaşıb yaşlı nəsildən İbrahimbəyov qardaşlarını, gənclərdən İlqar Fəhmini (bu darmacalda yadıma düşməyən başqaları da var) əlavə edərdim.

Nəhayət, gəlirəm bu yazını yazmamın əsl səbəbi üstünə. Müəllif məqaləsini bu sözlərlə bitirir: “Qəti şəkildə demək olar ki, kolxoz yaradıcılığının məhsulu olan kənd nəsri müasir oxucu üçün bitmişdir. Şərif Ağayar, Vahid Qazi kitablarının satılmamasının günahını naşirlərdə görməsin. Əldə olan oxucu hazırlıqlı, seçim edə bilən gənclikdir. O daha kənd nostalgiyası ilə yaşamır”.

Anlamadım, kitabımın satılmaması ilə bağlı gileyimi kimdən eşidib, yaxud harda oxuyub? Mənim belə bir qayğımmı olub? qədər dürüst münasibətdi?

Yazının əvvəlində qeyd eləmişdim ki, Ramil Qafarov oxumadığı ədəbiyyat haqda yazı yazıb. Ola bilər, yanılıram, bəlkə o, çox kitab oxuyub, amma qəti əminəm ki, mənim heç bir kitabımdan xəbəri yoxdu. Əgər doğrudan daÇamayra. Kuba dəftərikitabımı oxusaydı, bilərdi ki, o, kolxoz yox, olsa-olsa, siqar qoxuyur. Hər halda Kubakolxozlarında tütün əkirlər.

BəlkəYaddaş ləpirləri. Demokratiya yazılarıkitabını nəzərdə tutur? Kolxoz yaradıcılığında demokratiya olmur, kolxozun demokratik əsaslarla yaranması iddia olunsa da.

Yoxsa Ağdam haqda xatirələrimdən bəhs edənRuhlar şəhərini kolxoz yaradıcılığı hesab edir? Tam məsuliyyətuylə yazıram, 30 il əvvəlki dönəmindən bəhs etdiyim Ağdam şəhəri bərbad təhsil sisteminin şikəst elədiyi Ramil Qafarov zəmanəsi gəncliyinin böyük əksəriyyətindən 30 kərə müasir şəhərsimalı idi.

Ədəbi tənqid yazıçıları, onların yazdıqlarını aşağılamaq sənəti deyil, üfüqdə ədəbiyyatın inkişaf yollarını göstərən elmdi. Tənqidçi yazıçıdan bir baş yuxarı olanda yazdığı ilə bu elmə xidmət etmiş olur. Fikrimcə, bugünkü ədəbi-mətbu tozanaqdan (sadə məsələni qəsdən qıcıq doğuran mövzuya çevirib, bir az söyüş, bir az təhqir qatqısıyla maraqlı şəklə salmaq ənənəsi) bir qədər aralana bilsə toxunduğu mövzunu dərin öyrənib analiz eləsə, Ramil Qafarov uğurlu tənqidi məqalələr yazacaq.

isə, ədəbiyyat söhbəti bütün hallarında maraqlıdır, istər kənd, istər şəhər ədəbiyyatından danış. Təki oxuyan olsun! Vicdanlı, savadlı tənqid olsun! Ən əsası, ƏDƏBİYYAT olsun!

 





26.07.2014    çap et  çap et