525.Az

"Sənət, sistem, ustad" - esse


 

"Sənət, sistem, ustad" - <b style="color:red">esse</b>

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun son illərdə quruluş verdiyi tamaşalar   rəngarəngliyi, mövzu genişliyi ilə seçilir. Rejissorun səhnəyə qoyduğu  əsərləri  ardıcıl izləyən tamaşaçı kimi məndə bir fikir yaranıb: Bəhram müəllimin əsas məqsədi bayağılaşan mühitdə həm əsl sənəti qoruyub saxlamaq, həm tamaşaçını teatra daha çox cəlb etməkdi. Bu mənada o, hər zövqdə tamaşaçının arzusunu görmək, baxmaq istəyini nəzərə alır. Əlbəttə, son dövrlər Bəhram müəllimin işləri içərisində mənim zövqümü oxşayan sözün əsl mənasında  təsirləndirən əsər Lars NureninMüharibəpyesi əsasında hazırladığı tamaşa olub. bu haqda “525-ci qəzet geniş bir esse yazmışam. Amma bu qəliz, həm dinamik zamanda, torpaqlarımızın azad olacağı günü səbrsizliklə gözlədiyimiz bir dövrdəMüharibəhər tamaşaçınındözəbiləcəyi, qəbul edəcəyi əsər deyil. Bu mənada rejissorun özünün mövqeyi xeyli maraqlıdı. O, alt qatında müəyyən mətləbləri daşıyan, bir ailənin problemini ifadə edən, amma eyni zamanda ilk baxışdan sadə bir ailə-məişət mövzusunda olanHasarın o üzü” (Əli Əmirli) pyesini tamaşaçıya təqdim edir. Yaxud balacaları düşünüb hər bir uşağın sevimli qəhrəmanıQırmızı papağıda səhnəyə çıxarır. Yəni deməyim odur ki, Bəhram Osmanovun istiqaməti birtərəfli deyil, baxış bucaqlarını da istədiyi vaxt dəyişə bilir. Tamaşaçı-teatr münasibətlərini daha da isti, mehriban etməkdən ötrü hər cür eksperimentə çəkinmədən gedir. 

Rejissorun Gənc Tamaşaçılar Teatrında ən son işi İlyas ƏfəndiyevinSarıköynək Valehin nağılıromanı əsasında hazırladığı tamaşadır. Doğrusu, Bəhram müəllimin bu əsərə müraciət etdiyini biləndə, təəccüblənmişdim. Çünki qalın bir romandan məhz nələrin, hansı mətləblərin, məqamların səhnəyə çıxarılacağını düşünmək, ayırd etmək mənə qəliz görünmüşdü. tamaşaya baxanda da rejissorun ciddi əməyini, zəhmətini duydum. Ümumiyyətlə, məncə, Bəhram müəllimin bəzimüasirlərindən fərqi zəhmətdən, az vaxtda çox görməkdən çəkinməməsidir. Bütün bunlar tamaşaçı müşahidələridi. bu günlərdəSənət, Sistem, Ustadessesinin əlyazmasını oxuyanda Bəhram müəllimin həm rejissor, həm pedaqoq xarakterini daha yaxşı duydum. Uzun illər Mədəniyyət İncəsənət Universitetində müəllim kimi çalışması, “Dram rejissorluğukafedrasının müdiri kimi fəaliyyəti onun sənətkar xasiyyətinə, metodlarına, priyomlarına xeyli dərəcədə təsir edib, məncə. Elə bu yazıda da sadəcə peşəkar rejissorun deyil, həm qeyri-adi metodikası olan pedaqoqun, müəllimin yanaşmalarını sezmək olur. Bəhram OsmanovunSənət, Sistem, Ustadessesini özü ilə söhbət hesab etmək olar, ustad dərsi ... Bu mənada həm adi oxucu, həm aktyorluğun, sənətin sirrlərini öyrənmək istəyən gənclərdən ötrü bu yazı xeyli əhəmiyyətli olacaq. Ona görə “525-ci qəzetin oxucularını çox da intizarda saxlamadan Bəhram Osmanovun  Sənət, Sistem, Ustad  essesi ilə baş-başa buraxıram. 

________________________________________________

Bəhram
OSMANOV

Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının baş rejissoru,
Azərbaycan Kalmıkiya Respublikalarının 
əməkdar incəsənət xadimi

Aktyor sənətini bütünlüklə, tam öyrənmək üçün neçə il lazımdır? Ən təcrübəli müəllim belə nəyi öyrədə bilməz? Peşəkar aktyor olmaq üçün lazımdır bugünki sənət təhsili ona öyrədə bilər?

Nəyi öyrətmək mümkün deyil?

İstedadı, qabiliyyəti aşılamaq, aşkara çıxarmaq olar, amma sonradan yaratmaq, “öyrətməkmümkünsüz işdir. Emosional təsir gücünü inkişaf etdirmək mümkündür. Amma sanqvinnikdən xolerik etmək mümkünsüzdür. Eybəcər olanı gözəlləşdirmək üçün süni yollar axtarılır. Amma qabiliyyətli adamı istiqamətləndirib, ona kömək edib istedadını üzə çıxarmaq, sonradan sənətkar kimi  yetişdirmək olar.

qədər öyrənmək lazımdır?

Bu yaxınlarda oxudum ki, Amerikada yeni kurslar təşkil ediblər. İnadkarlıqla sübut edirlər ki, altı ay müddətinə sənətin sirrlərini öyrətmək mümkündür. Çünki dərslər səhər saat 7.00-dan başlayıb, axşam saat 19.00-da bitir. Yadıma düşdü ki, bizdə əksinədir; dərslər səhər saat 9.00-da başlayır bəzən gecəyə qədər davam edir. Sənətin sirrlərini, dərinliklərini bilmək istəyən adam  institutu, universiteti, akademiyanı bitirəndən sonra da oxumağa, öyrənməyə davam etməlidi. Aktyor həyatı bundan ibarətdir. O, ömrü boyu öyrənməlidir.

SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Hökümə Qurbanova ilə ilk görüşüm heç yadımdan çıxmır. Amerika dramaturqu Tennessi UilyamsınŞüşə heyvanxanapyesində ona rol vermək istəyirdim. Pyesi oxumaq üçün aktrisaya göndərdim. Bir neçə gün sonra zəngləşdik Milli Dram Teatrında görüşməyi vədələşdik. Salam-kəlamdan sonra pyes barədə ilk sualı belə oldu: “Çox xoşuma gəldi, indiyə qədər bu əsəri oxumamışdım. Bu tamaşada oynamağı çox istəsəm ,  bilmirəm necə oynayım. Əgər siz mənə bu rolu oynamaqda kömək etsəniz hətta sizin tələbəniz olmağa belə razıyam”. Bu, ecazkar, böyük bir sənətçinin cavan diplomçu rejissora dediyi sözlər idi. Elə bir sənətçinin ki, çoxdan tamaşaçıların qəlbini fəth etmişdi, onlarla klassik pyeslərdə baş rolları uğurla oynamış, bir sözlə sənətin zirvəsində dayanmışdı. (Amma onun haqqında şayiələr gəzirdi ki, xasiyyəti ağırdır, adamayovuşmazdır, rejissorlarla yola getmir s.) Birgə işlədiyimiz aylar ərzində o sözünün üstündə duraraq öyrəndi öyrətdi. Bu o demək deyildi ki, mən məşq salonuna girəndə o məxsusi ayağa durub mənə rejissor müəllim” – deyə müraciət edirdi. Yox! O, sadəcə olaraq onun üçün yeni olan pyes əsasında hazırlanan tamaşanın oyun tərzini üslubunu anlamaq istəyirdi. Hər bir səhnəni, hər bir epizodu, hətta hər bir kəlməni belə dönə-dönə təkrarlamaqdan yorulmurdu. Yeni-yeni poza, yeni ünsiyyət vasitələri tapıb sınaqdan keçirirdi. Eləcə mən tamaşanın başqa iştirakçıları da (Hamlet Xanızadə, Şüküfə Yusupova Fuad Poladov) onun təsirində öyrəndikcə öyrədirdik...

Öyrənməyi başa vurması aktyor üçün ilə nəticələnə bilər? Yəqin ki, baş daşı o baş daşına həkk olan sözlərlə: “Böyük, görkəmli, xalq artisti ya sadəcə aktyor” – yazılacaq sözlər. Başqa vaxt isə bu öyrənmək inkişaf zamanıdır. Deyirlər bu saatda nəsə öyrənmək hər kəsin həyatında bir təntənədir.

Məsələ burasındadır ki, “məktəbdeyəndə kiminsə kiməsə isə izah etməsi başa düşülür. Mənizahsözünü o qədər qəbul etmirəm. Bu, bildiyini başqa birisinə ötürməkdən başqa bir şey deyil. Məktəb məncə hər şeydən əvvəl insanda öyrənmək ehtiyacını, arzusunu, cəhdini yaratmaqdı, buna köməkdi. Lakin bu, çox ali məqsəd olsa da, həlli çox çətindir. mən bu illər ərzində ünsiyyətdə olduğum sənətçilərindən çox azlarını tanıyıram ki, hər tamaşa hazırlığında özlərini öyrənməyə həsr etsinlər.

Hökümə Qurbanova müxtəlif rəngli qələmlərlə rol dəftərinin qalan yerlərinə qeydlər etməkdən yorulmurdu. O, bilirdi ki, hər bir yeni kəlmə, düzgün ifadə tez yaddan çıxa bilər. Bir səhifəlik izahlar, qeydlərlə dolu olurdu. Mənə elə gəlir ki, məhz bu cür öyrənməyə çalışmaq lazımdır. Bu cür öyrənmək əslində elə  istedadın göstəricisidi... İnsan qədər istedadlı olsa da, onun öyrənmək istəyi, marağı da bir qədər çox olur. Zəhmətkeşlik isə daha vacib məsələdir! 

Bəzən deyirlər: “İstedadlıdır, amma heyf ki, tənbəldir!” – boş sözdür! Səfsəfədir! İstedad ilk növbədə öz işini sevmək hər dəqiqə sevdiyin işlə məşğul olmağa can atmaq deməkdir. Daha dəqiq desək, bu işlə məşğul olmamağın  mümkünsüzlüyünü anlamaq...

Mən nəyi bacarmıram?

Mən çox şeyi bilmirəm bacarmıramhəddindən artıq çox şeyi. Ona görə tələbələrimə kömək edirəm ki, mənim bilmədiyim ya xeyli sonra bildiyimi onlar gənc yaşlarında öyrənsinlər. Məsələn, mən not oxuya bilməsəm , tələbələrimə şərait yaradır məcbur edirəm ki, bunu öyrənsinlər. Bu, onlara hər an lazım ola bilər. Çoxları da məsləhətimə əməl edir. Bir müddətdən sonra isə hətta müxtəlif alətlərdə çala da bilirlər. Rəngkarlıq, heykəltaraşlıq sənətinin tarixini mən çox-çox sonralar öyrənmişəm. Amma çalışıram ki, onlar bu sahəni öyrənib sevsinlər. Çünki teatr sənəti rəngkarlığa çox yaxındır.

Dərk etmək

 Əgər söhbət yeniliyi başa düşməkdən gedirsə, istedadlı şəxsdə bu qabiliyyət əvvəlcədən yoğrulub. Sadəcə onlara dərketmənin yollarını göstərmək lazımdı. Ən çətini budu. Bugünki yaşam tərzi heç keçmişdəkindən pis deyil, əksinə qat-qat  yaxşıdı. Amma yaxşı olması ilə yanaşı, həm çətindi. Ən çətini isə kriteriyaları seçməkdi. Ona görə bugünki gəncləri mən ürək ağrısı ilə müşahidə edirəm. Çünki başa düşürəm ki, onlarələlxüsus istedadlılar hər an seçim qarşısındadırlar 

Gəlirli işə necə başlamalı?!

Bu qarşıdurma gec dərk olunur. sonda bir-iki səhv addım şəxsiyyətin, sənətin, həmin aktyorun gələcəyinə son qoyur. Mənim gözlərimin qarşısında onlarla insan, bu cür yaradıcı boşluqda məhv olub.

Aktyor təhqir olunurmu?

Bu cür şayiələrin KİV-, internet şəbəkələrində yayıldığını eşitmişəm. çox güman ki, bu söz-söhbəti yayan da bəzən aktyorlar özləri olur. Mən hələ gənc yaşlarımdan Kamal Xudaverdiyev, Səyavuş Aslan, Yaşar Nuriyev, Hamlet Qurbanovla işləmişəm (Allah hamısına rəhmət eləsin.) İndi mənimlə işləyən Xalq artistləri Nurəddin Mehdixanlı, Şüküfə Yusupova, Firəngiz Mütəllimova, Bəsti Cəfərova, Ramiz Məlikov, Hacı İsmayılov, Əməkdar artistlər Sənubər İskəndərova, Abbas Qəhrəmanov, Vəfa Rzayeva, Kəmalə Hüseynova, Şövqi Hüseynov, Qurban İsmayılov, aktyorlar Vüsal Mehrəliyev, Elnur Kərimov, Günel Məmmədova, Zülfiyyə Ağahüseynova adlarını çəkmədiyim, sənətinə çox hörmət bəslədiyim bir çox aktyorlar desinlər ki, mən onlarıtəhqiredirəm. “Təhqirsənət anlamında müxtəlif cür qəbul olunur. əgər mən onlarıtəhqiredirəmsə, onda onlar da mənitəhqiredirlər. Elə bu cür yaşayırıq. Əlbəttə, bunlar hamısı boş söhbətlərdi. Məgər həmin tamaşalarda aktyorların bir-birinə qarşı necə diqqətli olması, tamaşanın ümumi məqsədinə dəqiqliklə xidmət etmələri görünmür? Məgər başa düşmək çətindir ki, bu yüksəliyə çatmaq yalnız daxili əsəb incə qəlb çırpıntıları ilə mümkündür? Biz tələb edirik... Bir deyirəm, biz tələb edirik: mən aktyorlardan, onlar da məndən qarşılıqlı diktatura şəraitində bir-birimizə həm fiziki, həm psixoloji anlayış tələb edirik. əgər mən səhnəyə çıxıb bir aktyorun yaxasından tutub dartıb onu silkələyərək nəyi isə başa salaraqgöstərirəmsədemək bu belə olmalıdır. Tələbəlik dostum, çox sevdiyim Əməkdar artist Qurban İsmayılov həmişə, hələ tələbəlik vaxtlarından mən səhnəyə çıxıb nəyi isə göstərəndə kənara qaçırdı. Mən yalançı, teatral döyüşü, çarpışmanı qəbul etmirəm. Komediyada hər şey olar. Dramada isə yox! Odur ki, ya gərək bu yalandan qaçışı, ya da vacib olanı elə edəsən ki, nəticə xəstəxanalıq olmasın.

Məsələn, Tuncer CücenoğlununUçqunpyesi əsasında hazırladığım tamaşada Ana rolunu ifa edən Mətanət Atakişiyeva (əməkdar artist), oğlunu ifa edən aktyor İlyas Əhmədovun üzünə şillə vurur. Bu çox gərgin bir vəziyyətdir şillələr saysız, hesabsızdır. Gözəl ifadan əvvəl bu şilləni elə vurmaq lazımdır ki, aktyorun üzünə xəsarət yetirməyəsən. Həmişə alqışla qarşılanan bu səhnədə heç vaxt fəsad olmurdu. yaxud V.ŞekspirinKral Lirpyesinin tamaşasında Lirlə Kordeliyanın görüş səhnəsi. Aktyorlar Kamal Xudaverdiyev, Məleykə Əsədova. Bütün səhnəni diz üstə ifa edirlər. Fəsad yoxdur. Ramiz NovruzovunHələ sevirəm deməmişdilərpyesinin tamaşasında Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruzov. Çarpışma boğulma. Əli ƏmirlininMesenatpyesinin tamaşasında Sənubər İskəndərova yelləncək səhnəsində. yaxud Füzuli Hüseynov Sənubər İskəndərovaSevən qadıntamaşasında. (yüksək aktyor oyunu)

Bir neçə il bundan əvvəl Mədəniyyət İncəsənət Universitetində aktyor sənəti fənnindən J.B.MolyerinTartyufpyesi əsasında tamaşa hazırlayırdım. Məşqlərin birində mən Orqon rolunu ifa edən tələbəyə vacib bir səhnəni başa salarkən qış çəkməsini tərəf-müqabil olan başqa tələbəyə atdım. Çəkmə həmin tələbənin sifətinə dəydi. O, həmin vaxt sadəcə tamaşaçı kimi dayanıb müşahidə etdiyindən belə oldu. Əgər müşahidə edən tələbə həmin epizodun tələb etdiyi ovqatda, vəziyyətdə olsaydı, üzünü yana çevirərdi bu kazus baş verməzdi. Həmin tələbə belə hərəkətdən heyrətə gəlmişdi. Ona elə gəlirdi ki, çəkməni atan Orqon yox, rejissor-pedaqoqdur. Bəlkə şayilələr bu cür hərəkətlərdən yaranaraq şişirdilir.

Sadəcə mən anlatmaq istəyirəm ki, əsl aktyor olmaq çox çətindir. O, mütləq nəyi isə qurban verməlidir. Bir dəfə məşqlərin birində Nurəddin Mehdixanlıya bir arzumu bildirdim:

İstəyirəm bu səhnədə qəhrəman dörd metr hündürlükdə asılmış divar saatını dayandırsın.

Nurəddin Mehdixanlı coşaraq dedi:

Bacararam!

Az keçməmiş biz onunla keçilən yolu dəqiqləşdirdikstol, stul, şkaf, saat...

... növbəti bir dəqiqədə o uçdu!..

...Saat dayandı...

Nurəddin Mehdixanlı xoşbəxt idi. hazırlanan tamaşanın ən gözəl anı  yaddaşımıza həkk olundu.

yaKral Lir: Xalq artisti Kamal Xudaverdiyevə dedim ki, istəyirəm Lirfırtınasəhnəsindəki monoloqunu bütün səhnə boyu qaçaraq desin, yıxılsın, ayağa dursun, yenə qaçsın, axırda yorulsun, taqəti kəsiləndə dizin-dizin sürünsün. (Unutmaq lazım deyil ki, o vaxt aktyorun yaşı 60-ı haqlamışdı, Milli Dram Teatrının səhnəsinin eni 16 metr, dərinliyi isə 20 metrdir.) O dəqiqə Kamalın gözləri parıldadı. Biz bu səhnənin texniki həllini tapdıq. Bir sıra ardıcıl çalışmalardan sonra əvvəl məşqdə, sonra isə tamaşalarda bu səhnəni istədiyimiz kimi oynadı, yorulsa da, üzə vurmurdu. Çünki hər tamaşada bu səhnədən sonra alqış sədası salonu bürüyürdü (Moskvada Çexov Festivalında belə.)

Aktyordan qeyri-adi oyun tələb etmək birinci növbədə həmin aktyora, onun sənətinə hörmət deməkdir. bu hörmətə görə bəzən onun qarşısında yüksək tələblər qoyulur. İnandırırsan ki, onun bu tələblərə cavab vermək qüdrəti var.  İnandırmaq üçün isə yenə tələbkarlıq lazımdır. Çoxları bilir ki, əgər hər hansı bir aktyor məşqdə tələb olunanı edə bilmirsə mən sadəcə ona qarşı laqeyd oluram bir müddət keçəndən sonra həmin aktyoru həyəcan bürüyür...

...hərdən əgər 2 il, 5 il oynanılan tamaşanın iştirakçılarını yığıb söhbət aparılırsa, gənc aktyor da başa düşür ki, növbəti yoxlama aparılır, daha dərin qatlara sirayət olunur. Bax elə bu qarşılıqlı anlaşma əsl yaradıcı atmosferə gətirib çıxarır. Bu anlaşma məşq zamanı yaranır. Ancaq məşq zamanı ortaya çıxan hər bir məqamı sınaqdan keçirməli olursan. Hərdən baş verənqışqırığ”, “bağırtı”, “təhqirdirsə, butəhqirə görə hər dəqiqə imkan tapıb üzr istəmək mümkündür. Aktyoru ya hər hansı bir insanı alçaltmaq hörmətsizlikdir. Sadəcə teatrda əvvəlcədən şərtləşmə aparılır ki, qarşıya qoyulan tələblər yaradıcı ovqatda yerinə yetirilsin. Odur ki, teatrda qarşılıqlı diktatura hökm sürür. Ona görə çalışıram ki, məşqlərdə kənar şəxs iştirak etməsin. Çünki məşq prosesinin özündə ilk növbədə  bir intimlik olmalıdı...

Teatra təzə qəbul edilən aktyora çətinliklə isinişirəm. Dəvətli olaraq başqa teatrlarda tamaşa hazırlayarkən qabaqcadan şərt kəsirəm. Çünki teatr sənətinin yazılmayan qanunları var. bu qanunlar əsasında yaşamaq, mövcud olmaq çox çətindir. Hər kəs bu qanunlardan bildiyi kimi, özünə xeyirli tərəfdən istifadə edir. Aktyor dərk etməli, qəbul etməlidir ki, rejissorun təkliflərini doğru-dürüst yerinə yetirəndən sonra öz təklifini irəli sürə bilər. Bunu qəbul etməyən adam seçim qarşısında qalanda başqa teatr tapmalıdı, harda ki, onun şıltaqlığı, “ərköyünlüyüqəbul edilir. Mən bu cür rotasiyalara rahat baxıram. Hər kəs seçim hüququna malikdir, heç kəs qürurunun tapdanmasına dözməz. Amma yaradıcılıq prosesində qürura toxunulmur. İstər aktyorun, istər rejissorun, istər bəstəkarın istər rəssamın...

...Bəzən görürəm tamaşa istədiyim kimi alınmır, hər tamaşada düşünülənlərin inkişaf etmək əvəzinə necə sındığının şahidi oluram. Bax bu,  qürurun tapdanması deməkdi?! Lakin axı kimsə məni məcburən bu işə sürükləməyib...

Teatrın məqsədi

İnanıram ki, teatrın məqsədi tamaşaçıya sarsıntı keçirməyə imkan yaratmaqdı. Lap qəddar desək sarsıntını, həyəcanı keçirməyə tamaşaçını məcbur etməkdi. Bəlkə bu teatrın yeganə, baş məqsədidi. Teatrın bu məqsədi oxşarlığı qədim yunan faciələrindən bu yana dəyişilməz olaraq qalıb. Sadəcə biz dəyişmişik bizim bir insan olaraq teatr-sarsıntı barədə fikirlərimiz o qədər başqalaşıb ki... Amma tamaşaçını sarsıntı keçirməyə məcbur etməzdən əvvəl biz o sarsıntının özünü tapmalı özümüz sarsıntı keçirməliyik. Bunu başa düşmək, anlamaq lazımdır. İnsan həyatda əlbəttə ki, rahatlıq axtarır. O, həyəcandan, səs-küydən, sarsıntıdan daim uzaq olmaq istəyir. Bədii həyat isə fasiləsiz həyəcan, sarsıntı, əsəb tələb edir. Təkrar edirəm: fiziki yox, ruhi. Buna görə narkomanı oynamaq üçün narkoman, əyyaşı oynamaq üçün heç hər gün içki içməyə ehtiyac yoxdur. Sadəcə görmək, anlamaq, təsirlənmək əzab çəkməyi bacarmaq lazımdır. Yalnız bu zaman məsələnin nədən ibarət olduğunu başa düşmək olur.

...Bəlkə istedad deyilən məfhum elə budur?

Biz bilmədiyimizi oynayırıq...

Başa düşmədiyimizi danışırıq...

Əgər sən hadisələrin gedişini mahiyyətini başa düşmürsənsə onda həyatda, səhnədə həmin hadisəni ifadə edə bilməzsən. buna görə imkanı olan teatrlar tamaşada lazım olan sözlə ifadə oluna bilməyən ruhi sarsıntını almaq üçün hadisələr baş verən məkanlara üz tutaraq orada bir müddət yaşayırlar. (Təəssüf ki, Azərbaycan teatrının tarixində belə səfərlər olmayıb.) Sarsıntı məhz bu cür səfərlərdə yaranır uzun müddət yaddan çıxmır. Emosional yaddaş bu sarsıntının hər zaman üzdə olmasına şərait yaradır.

... nəticə 

K.S.Stanislavskinin yazdıqlarını tələbəlik illərindən oxuyuram. Bir çox səhifələrdə qeydlərim hər dəfə dəyişir. O da özündən narazı olub. O qədər narazı olub ki, “Mənim sənət həyatımkitabında özünün natamam aktyor olmasından yazıb, plastikasını, danışığını, emosiyasını yetərincə tənqid edib. Bir aktyor bu yazıları oxuyandan sonra rahatlıqla nəfəs alıb demişdi: “Sən demə Stanislavski istedadsız olub”.

Amma Stanislavskinin oyunlarını görənlər onun necə böyük aktyor olmasından, necə həyəcanla oynamasından, çoxlu sayda yazılar yazıblar. Özündən daim narazı olan K.S.Stanislavski isə 72-i yaşında belə hər gün qrim otağına çəkilərək səhnə danışığı ilə ciddi məşğul olarmış ki, səhnədə düzgün, normal danışa bilsin. Ona elə gəlirmiş ki, danışığı bərbaddır. Əlbəttə, bu hərəkəti ağılsızlıq kimi qəbul etmək olar, sənətçi həyatı kimi ...

Sual: Biz nəsə öyrənməyə şərait yaradırıq yaxud şərait yaradırıq ki, öyrənməyi öyrədək?

Bu da axırı... Vəssalam...

 





26.07.2014    çap et  çap et