525.Az

Dövlətçilik və maddi mədəniyyət tariximizin qiymətli yadigarları


 

Dövlətçilik və maddi mədəniyyət tariximizin qiymətli yadigarları<b style="color:red"></b>

MÜXTƏLİF DÖVRLƏRDƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏ MADDİ DƏYƏR MEYARI OLAN PULLAR İÇƏRİŞƏHƏRDƏKİ NUMİZMATİKA EKSPOZİSİYASINDA NÜMAYİŞ ETDİRİLİR 

Tarixin bütün dövrlərində mübadilə vasitəsi kimi öz sabit əhəmiyyətini saxlayan pul sistemləri müxtəlif ölkə xalqların həyatında önəmli rol oynayıb. Pul sistemləri sikkələri öyrənən elm sahəsi numizmatikadır. Dünya alimlərinin araşdırmalarına görə, numizmatika sözünə ilk dəfə qədim Roma yazılı mənbələrində rast gəlinib. Numizmatikanın öyrənilməsi geniş ictimaiyyətə tanıdılması, gənc nəslin bu sahədə maarifləndirilməsi ölkəmizə gələn xarici turistlərə Azərbaycanda tarixən dövriyyədə olan yerli əcnəbi pul vahidlərini, sikkələri tanıtmaq məqsədiləİçərişəhər  Dövlət Tarix-Memarlıq Qoruğundakı Numizmatika ekspozisiyasının bu baxımdan xüsusi əhəmiyyəti var.

Həftənin bütün günü saat 10:00-dan 19:00-dək fəaliyyət göstərən muzey ekspozisiyası XIV əsrə aid, insanların arzularının çin olduğuna inandıqları buna görə Çin məscidi kimi tanınan tarixi bir abidədə qurulub. Tarixdən belə məlumdur ki, qədim dövlətlər çox zaman pullarını müqəddəs məbədlərdə zərb etdirir xəzinələrini orada gizlədirdilər. Müqəddəs məbədlərin toxunulmazlıq statusu olduğundan burada pul kütləsi, həmçinin ayrı-ayrı dövlətlərin varlı şəxslərin əmanətləri qorunurdu. Xəzinələri qoruyan kahinlər, rahiblər idi. Orta əsrlər Şərqində isə belə məbədlərdən türbələri məscidləri misal çəkmək olar. Bu tarixi ənənənin davamı olaraqİçərişəhərtarixi muzey fondunun sikkə pul nümunələri Çin məscidindəki numizmatika ekspozisiyasında qorunub saxlanılır nümayiş etdirilir.

Azərbaycanda pula qədərki tədavül vasitə

lərindən başlayaraq müxtəlif dövrlərin pul vahidləri olan yerli əcnəbi sikkələr, həmçinin digər maraqlı qədim eksponatlar muzey ekspozisiyasını təşkil edir. Eksponatlar müvafiq dövrlər üzrə bölünərək müxtəlif vitrinlərdə qruplaşdırılıb. Dövrün ümumi xüsusiyyətləri, həmin dövrə aid pul vahidlərinin spesifikası, növləri haradan tapılması haqqında yazılı məlumat vitrinlərin kənarındakı ayrıca lövhədə yerləşdirilib. Muzey bələdçiləri sikkələr haqqında dolğun maraqlı informasiya ilə qonaqları məlumatlandırır.

Muzeydə həmçinin 2 xəritəAzərbaycanda mövcud olmuş zərbxanalar Azərbaycan pullarının yayıldığı əraziləri göstərən xəritələr nümayiş olunur.

Numizmatika ekspozisiyası 2011-ci il mayın 18-Muzeylər günündən fəaliyyətə başlayıb. Ekspozisiyada Azərbaycan dövlətçiliyinin bütün tarixi dönəmləri öz əksini tapıb. Burada pulaqədərki dövr, yəni pula qədər insanların istifadə etdiyi əmtəələr, müəyyən qədər nümayiş olunur. Kolleksiyanın nümayişində əsas məqsəd pula qədər bizim əcdadlarımız hansı əmtəə vasitələri ilə ticarət əlaqələri qurmağını göstərməkdir. Ekspozisiyada ən qədim dövrlərdən, e.ə 5-ci əsrdən başlayaraq əsas etibarilə Azərbaycan ərazisindən tapılan sikkə nümunələri həm Azərbaycan dövlətçiliyinin tarixini əks etdirir. Ekspozisiyada Şirvanşahlar Səfəvilər üçün ayrıca vitrinlər yaradılıb. Həmçinin Azərbaycan ərazisində ən qədim dövrlərdə dövriyyədə olan demək olar ki, bütün pul nümunələri nümayiş etdirilir. Eksponantlar içərisində ən qədim dövrlərdən 20-ci əsrin əvvəllərinə qədər ərazimizdə dövriyyədə olan xarici ölkələrin, əsasən Avropa ölkələrinin sikkələri var. Ekspozisiyada dövriyyədə olan qızıl pullar içərisində Hollandiya çernovu nümayiş olunur. Həmçinin Fransa, Finlandiya, İran Rusiyaya aid olan sikkələr ekspozisiyadakı vitrinlərdə sərgilənir.

Kolleksiyada 500-dən artıq sikkə nümunəsi var. 25-ə qədər digər maddi-mədəni nümunələr isə vitrinlərin aşağı hissələrinə qoyulub.

İçərişəhər ərazisində arxeoloji qazıntılar zamanı arxeoloqlar tərəfindən aşkar olunan yaxud təsadüfi tapıntılar , təmirbərpa işləri zamanı, fəhlələr tərəfindən tapılan maddi-mədəni nümunələr kolleksiyaya əlavə olunur. Tapıntılar əvvəlcə İçərişəhər muzeyinin müvafiq fondlarına daxil edilir alimlər tərəfindən araşdırılır. Tapıntıların aid olduğu dövr, ərazi .s bütün vacib məsələlər dəqiqləşdiriləndən sonra ekspozisiyada nümayişə çıxarılır. Ekspozisiyada son 3 ilə aid tapıntılar yer almayıb.

Burada ən qədim sikkə e.ə. V əsrə Əhəmənilər dövlətinə aiddir 2500 illik qədim bir dövrü əhatə edir. Ən yeni sikkə isə 1918-ci ilin əvvəllərinə  Rusiya imperiyasına aiddir.

 Ayrı-ayrı şəxslərdən ekspozisiya üçün alqı-satqı yolu ilə sikkə materiallar bəzi maddi nümunələr əldə olunub. Cənubi Qafqazda Azərbaycan Əhəmənilər dövrünə aid olan yeganə pul nümunəsi bu ekspozisiyada nümayiş etdirilir. Əhəməni imperatoru Xaşayan tərəfindən zərb olunub. İçərişəhərdə arxeoloji qazıntı zamanı, keçən əsrin 90- illərinin sonunda Məhəmməd məscidi yanında aşkarlanıb. Ekspozisiyanın əsas kolleksiyası Şirvanşahlar Tarix muzeyinin arxeologiya fondundan götürülüb. Mübadilə vasitəsi kimi pullar əhali arasında geniş yayılmamışdan əvvəl natural mübadilədə insanlar ayrı-ayrı əşyalardan, yaxud təbiətdən hazır şəkildə tapılan nadir qiymətli əmtəələrdən istifadə etmişlər. Hind okeanından gətirilən qarnıyarıq balıqqulağıkauri, yerli balıqqulaqları, Abşeron Bakı ərazisindən, xüsusən İçəri şəhər ərazisindən aşkar edilmiş bir sıra bəzək əşyaları, obsidian daşı, mis tuncdan hazırlanmış bıçaq nizə ucluqları, baltalar iynələr Azərbaycanda pulaqədərki tədavül vasitələri olub.

Azərbaycanda antik erkən orta əsrlərdə Yunan-Baktriya, Parfiya, Selevkilər, Roma, Sasanilərə aid sikkələr tədavüldə imiş. Ərazimizdə aşkarlanan ən qədim pul nümunəsi Əhəməni hökmdarı Kserks tərəfindən zərb edilib. Həmin pullarla yanaşı Qafqaz Albaniyasında zərb edilən yerlioxşatmasikkələr bu dövrün əsas mübadilə vasitələri olub. Belə pulların tədavül ömrü 100 ilə qədər sürüb. III əsrdən etibarən Azərbaycan dövlətləriAtropatena Albaniya Sasanilər imperiyasının tərkibinə daxil olur, V-VI əsrlərdən artıq yerli zərbxanalarda pullar kəsilir.

(Ardı var)

Vəfa MƏMMƏDLİ

 





26.07.2014    çap et  çap et