(Əvvəli ötən şənbə sayımızda)
Senatda siyasi müdrikliyin ilk görkəmli nümayişlərindən biri, 1795-ci ildə seçilmiş koloritli və üsyankar Kentakkidən olan Senator Hamfri Marşallın, Böyük Britaniya ilə fövqəladə qaydada qeyri-populyar olan Cey müqaviləsini bəyənməkdə Prezidentin tərəfini saxladığına görə Senatdakı karyerasına son qoyması idi. Hətta Kentakki federalistləri də bu məsələdə Prezident Vaşinqtona müxalif olmağı zəruri saymışdılar, Marşall isə öz seçicilərinə kəskin formada demişdi:
“Bu Müqaviləyə olan etirazları düşündükdə, mən dəfələrlə bərkdən qışqırmağa hazıram: Ey! Fraksiya adamları! Anarxiya dostları! Federal hökumətin düşmənləri və onu qəribə surətdə təhrif edənlər! Tələb etməkdə və təhrif etməkdə necə də səs-küylüsünüz, ağıl və mühakimədə necə zəifsiniz, üzə çıxarın bütün arqumentlərinizi!”
Öz səsini müdafiə etmək üçün ştata səfər edərkən Marşall ehtiyatlı tərpənirdi və ona daş atılırdı. Bir gecə yarısı kütlə onu açıq bir niyyətlə evindən dartıb çıxartdı ki, yaxındakı çayda batırsın. Suyun kənarında Birləşmiş Ştatlar Senatoru Marşall böyük təmkinlilik və yumorla qəzəblənmiş kütləyə dedi:
“Mənim dostlarım, bunların hamısı normal bir iş deyildir. Suya batırılma qaydası köhnə zamanlarda baptist kilsəsi tərəfindən həyata keçirilirdi, baptizmi icra etməmişdən əvvəl namizəddən bunu etmək tələb olunurdu. İndi, qoyulmuş qaydalara və proseduralara müvafiq olaraq mən arzu edirəm ki, həmin ibadəti etməyə məni suya batırmaqdan əvvəl icazə verəsiniz”.
Şəhər əhalisinin idarə olunmayan dəstəsi bir qədər əyləndi, həm də qorxdu, axı onlardan olduqca az hissəsi Cey Müqaviləsinin nə olduğunu bilirdi, baxmayaraq ki, onların hamısı inanmışdı ki, Marşall həmin müqaviləni dəstəkləməklə cinayət etmişdir – Senatoru kötük üstündə oturdub ona göstəriş verdilər ki, öz mövqeyini izah etsin. Eyni yumor qaydasında başlayan Senator öz işindən hərarətli şəkildə danışdı, bütün düşmənlərini, bura o, qarşısında qoyun kimi duranları da daxil edirdi, zəhərli qaydada söz zərbəsinə məruz qoydu:
“Yazıq, cahil məxluqlar çayın sahilinə yığışmışdılar ki, öz şərəfli niyyətlərinə görə, müstəqil rəyimi bildirdiyimə görə məni suda batırsınlar. Bu vətənpərvər qrupun arasında sərxoş qəssab, qoca Con Birnes ən hörmətli adamlardan biri idi”.
Birləşmiş Ştatların Kentakkidən olan təzə Senatoru “batırılmadı”, – lakin onun iti dili həm də Senatdan könüllü olmayan qaydada çıxmasının qarşısını da ala bilmədi.
Əlbəttə, siyasi mərdlik aktları təkcə Birləşmiş Ştatlar Senatında baş vermirdi. Onlar bərabər qiymətdə və cəsarətdə Konqressmenlər, Prezidentlər, Qubernatorlar, hətta siyasi ambitsiyaları olan özəl vətəndaşlar tərəfindən icra edilirdi. Bir ya iki nümunə kifayətdir ki, bu keyfiyyətin heç də ya Senat, ya da Vaşinqton, Kolumbiya mahalı tərəfindən inhisara alınmadığını göstərsin.
Senata seçilməmişdən bir çox illər əvvəl Cənubi Karolinadan olan Con K.Kalhoun Nümayəndələr Palatasının üzvü olanda özünün ən böyük igidliyini nümayiş etdirmişdi. 1816-cı ildə Konqress üzvlərinə işlədiyi günlər üçün (yalnız sessiyalardakı iş gününə görə – tərcüməçi) gündəlik ödənilən 6 dollar ildə 1.500 dollara qaldırıldıqda, qəflətən milləti və bütün partiyaların üzvlərinin təəccüblü məhkum etmə dalğası bürüdü. Ancaq az sayda üzvlər müqayisəli şəkildə yenidən seçilməyə başlamağa cəsarət etdilər. Kley öz karyerasının yalnız böyük intensivliyi hesabına məğlubiyyətdən güclə qaça bildi. Kalhounun ən sədaqətli tərəfdarları mübahisə edirdilər ki, gənc Konqressmen ictimai bəyanatı ilə vəd etdi ki, əgər seçicilər onu yalnız bağışlasalar və yenidən seçsələr, həmin qanunun ləğv edilməsinə səs verəcəkdir. Lakin Kalhoun bir dəfə öz dostuna demişdi ki, “mən qərar verəndə heç bir adamın gücü çatmazdı ki, məni fikrimdən daşındırsın”, o, geriyə dönməyəcəkdir. Əlbəttə, o, güman edirdi ki, yəqin ki, 1500 dolların özü də çox azdır.
Aldığı dəstək hesabına bəraət qazanmaqla Konqressə dönən (Cənubi Karolinadan olan kolleqalarının əksəriyyətinin yenidən seçilməkdə məğlubiyyətə uğramasına baxmayaraq) Kalhoun Nümayəndələr Palatasının zalında praktiki olaraq tək qalmışdı, yeni və köhnə palata üzvləri qanunu ləğv etmək üçün bir yerə yığışırdılar. Lakin Kalhoun yox:
“Palata onun ən yaxşı mühakiməsinin diqtələrinə müvafiq olaraq məsələni həll etmək üçün sərbəst idi. Populyar olanı etmək üçün biz bütün səbəblərlə bağlı idikmi? Bu ölkənin xalqı həmin orqanın əlindən müzakirə səlahiyyətini almalı idimi? Qoy centlmenlər zamanın və yerin adını desinlər ki, orada xalq yığışacaq və bu məsələni müzakirə edəcəkdir. Oh, yox! Onlar nə yaza bilirlər, nə də şifahi söz təlimatlarına malik deyillər. Qanun populyar deyildir və onlar onu öz vicdanlarının və ağıllarının əleyhinə ləğv etməyə məhkumdurlar. Əgər bu həqiqətdirsə, necə siyasi səhvdir. Bir dəfə çoxluğun səsi ilə qəbul olunmuşdursa, onu necə düzəltmək olar?”
Birləşmiş Ştatlar Prezidenti elə bir subyekt deyildir ki, Senator kimi siyasi mərdliyin sınağına bütöv qiymət versin. Onun seçiciləri sektsional deyillər, onun bir qrup və ya sektsiya ilə populyarlıqda uduzmaları bir məsələdən yarandığı kimi, digərlərindən isə onun uduşları gəlirdi və onun qüvvəsi və nüfuzu normal qaydada, Senatorun özünə caiz bilmədiyi halda, böyük siyasi təhlükəsizliyi idarə edirdi. Lakin bir nümunə göstərir ki, hətta Prezident də seçicilərin və xüsusi maraqların təzyiqini hiss edir.
Prezident Corc Vaşinqton Böyük Britaniya ilə bağlanan Cey Müqaviləsini müdafiə edirdi ki, bizim gənc milləti sağ qala bilməyəcəyi müharibədən xilas etsin, həm də bilirdi ki, bu vuruşmaya hazır olan xalq arasında fövqəladə şəkildə qeyri-populyar olacaqdır. Tom Peyn Prezidentə demişdi ki, o, “özəl dostluqda xəyanətkardır və ictimai həyatda ikiüzlüdür... dünya qərara gəlməkdə müəmmalı vəziyyətdə qalacaqdır ki, sən dönüksən ya yalançısan; sən ya yaxşı prinsipləri tərk etməlisən yaxud heç vaxt onlara malik olmamalısan”. Acı bir hiddətlə Vaşinqton dedi: “Mən Prezident olmaqdansa, daha yaxşı olardı ki, qəbirdə olum”; və Ceffersona yazırdı ki:
“Mən Amerikanın düşməni olmaqda və xarici ölkənin təsirinin subyekti kimi ittiham olunuram... və mənim administrasiyamın hər bir hərəkəti işgəncəyə məruz qalır. Belə şişirdilmiş və ədəbsiz şərait bəlkə də heç Nerona (b.e. 54-68-ci illərində Roma imperatoru olmuş, quduz və iyrənc hərəkətləri ilə məşhurlaşmış və özünü öldürməyə məcbur edilmişdi – tərcüməçi) da iyrənc qüsura yol verəndə və ya hətta adi cib oğrusuna da tətbiq olunmazdı”.
Lakin o, möhkəm dayanmışdı.
Bu qiymətləndirilir, Senat barədəki bu kitabda bir seçilmiş nümunə ilə bütün Qubernatorlar arasında bir nəfər var idi ki, o, siyasi mərdlik göstərərək, elə adamı seçmişdi ki, Qubernatorun özü kimi onun mərd əməlləri, onun Senata çatmaq barədəki ambitsiyasının həyata keçməsinin qarşısını almışdı. And altında verilən yazılı məlumatların və məhkəmə sənədlərinin nəhəng topasını nəzərdən keçirdikdən sonra İllinoysun Qubernatoru Con Piter Altceld bunlar vasitəsilə inandırıldı ki, səhv mühakiməyə və kifayət qaydada olmayan sübutlara görə 1886-cı ildə Çikaqonun məşhur Haymarket meydanında bomba partlaması nəticəsində qətl ittihamına görə üç müttəhim cəzaya məhkum edilmişdir, ancaq hələ hökmə görə onlar dar ağacından asılmamışdılar. Demokratik liderlər onu xəbərdar etmişdilər ki, əgər o, hələ də Senata tərəf baxırsa (yəni Senata seçilmək istəyirsə – tərcüməçi), bu hökmə məhkum olanları unutmalıdır. Bu vaxt Altceld cavab vermişdi ki, “heç kəsin ambitsiyası ona ədalətin sadə aktının icra edilməsi yolunda dayanmaq hüququ vermir”; və ştatın Demokratik sədri ondan soruşulduqda cavab verdi ki, əgər onun (Qubernatorun – tərcüməçi) on səkkiz minlik sözdən ibarət bağışlamaq barədəki sənədi “yaxşı siyasətdirsə”, o, şimşək kimi çaxdı ki, “bu düzgündür”.
Bu hərəkətinə görə Qubernatorun portreti yandırıldı, paradlar və Akt günü kimi adəti mərasimlərdən xaric edildi, mətbuatda ona hər gün “anarxist”, “sosialist”, “qatilin apologeti” və “qanunsuzluğa təhrik edən” epitetləri ilə hücum edilirdi. 1896-cı ildə yenidən seçilməkdə məğlub olub, hətta öz varisinin inauqurasiyasında adəti əlvida müraciəti etmək hüququndan da imtina etdi (İllinoys belə anarxistə kifayət dərəcədə malik olmuşdur). Con Piter Altceld özəl həyata qayıtdı və altı il sonra sakitcə öldü. O, Vaxel Lindseyin məşhur “Unudulmaz qartal” adlı şeirində bu titula layiq görüldü:
Sakit uyu,... unudulmuş qartal...
altında daşın
Səninlə orda öz yoluna malikdir zaman
və həm də öz yolu var ....
Ey igid ürəkli, müdrik insan yat
yanan alovun üstündə –
Bəşəriyyətdə yaşamaq çox uzaqdır
adda yaşamaqdan
Bəşəriyyətdə yaşamaq çox, çox uzaqdır...
adda yaşamaqdan.
Çarlz Evans Hyuz 1920-ci ildə nə Konqressmen, nə də Qubernator deyildi – lakin o, ölkədə ən görkəmli vəkil, keçmiş Qubernator, Ali Məhkəmənin hakimi və Prezidentliyə namizəd olmuşdu və gələcək ictimai vəzifəni fəal surətdə gözləməkdə idi. (O, qısa müddətdə Dövlət katibi və Baş hakim olmuşdu). Lakin beş sosialist – qanuni tanınmış partiya tərəfində vaxtında seçilən üzvlər – əsasən öz qeyri-populyar baxışlarına görə Nyu-York ştatının Assambleyasındakı tutduqları yerlərdən imtina etmişdilər, Hyuz öz təmsilçilərini seçmək üçün olan ictimai hüquqa göstərilən zorakılıq hərəkətinə etiraz etdiyinə görə öz mövqeyini və populyarlığını riskə qoydu. Nyu-York Vəkillər Assosiasiyasında klassik vuruşdan sonra xüsusi Assosiasiya komitəsini ələ keçirməyə müvəffəq olmuşdu, bir sədr kimi baxışlarından şəxsən zəhləsi getdiyi sosialistləri Qanunvericilik qarşısında müdafiə etmişdi.
Hyuz şəxsən orada görünmək hüququndan imtina etməklə qısa mətnli məktublarında israr edirdi ki, “əgər çoxluq azlığın hamısını və ya bir hissəsini siyasi baxışlarının onlar üçün zərərli olduğu kimi göründüyünə görə xaric etsələr, onda azad hökumət öz sonluğundadır”. Onun arqumentləri Nyu-York Qanunvericiliyinə açıq şəkildə çox az təsir göstərdi, axırıncı seçilmiş sosialistləri qovdu və onların partiyasını qanundan kənar elan etdi. Lakin çoxları inanırdı ki, Çarlz Evans Hyuzun fərqli səslənən səsi tək qalmağa yaxın olsa da, o, heç vaxt qorxmadı və Qubernator Al Smit tərəfindən Qanunvericiliyin məktəblərdə radikalizmə nəzarət etmək barədəki tədbirlərinə mərdliklə veto qoyması bu düşüncədə millətin qalxmasının həlledici faktorları oldu.
Amerikan siyasi mərdliyinin bizim əhvalatlara yaxın olanlarını biz igidlik hərəkəti adlandırmaqla, millətimizin əsasının qoyulmasından əvvəllər də baş verdiyini tapa bilərik və onlar bütün sonra gələnlər üçün bir standart qoydular. 1770-ci ilin 5 mart gecəsi, Bostonun Ştat küçəsində Britaniya qarovulçuları təhqiramiz və qaydanı pozan camaata hücumla atəş açanda, Massaçusetsdən olan Con Adams artıq kolonistlərin dərdlərinə Britaniyanın laqeyd qalmasına qarşı protestlərin lideri idi. Ancaq icmada tanınmış vəkil idi və sonrakı seçkidə Baş Məhkəməyə namizəd idi. Beləliklə, hətta o, bütün bostonluların “Boston qırğını” tək adlandırdıqları tükürpədici qəzəb hissinə qoşulmadı, özünü sakit saxlamaqla o, əlbəttə ki, daha çox fayda verəcəkdi.
(Ardı var)