525.Az

“Bir qərib öldü” – deyələr...


 

“Bir qərib öldü” – deyələr...<b style="color:red"></b>

Adil Mirseyid rəhmətə getdi... İstanbulda Sultan Əhməd meydanına doğru gedərkən aldım bu xəbəri. Həmən yaxındakı bir kafedə oturub bir çay sifariş etdim. Günorta əzanı oxunurdu. Uca minarələrdən yüksələn ilahi çağırışlar sanki Adil Mirseyidin ruhuna doğru axırdı...

Ah, bu dünya qəribədir... Hər şey bir su misalı axıb gedir. Ehtiras, vəzifə, şöhrət, pulhamısı geridə qalır.

Birdən gözlərimin önündə Adil Mirseyidin saqqallı qərib tavırlı rəsmi bəlirincə ağlıma qəriblərin şairi Yunus onun belə ölümlər üçün yazdığı şeir düşdü:

Bir qərib öldüdeyələr,
Üç gündən sonra duyalar.
Soyuq su ilə yuyalar
Öylə qəribmənim kimi ...

Adil Mirseyid qəriblərdən bir qəribdi. Onu yaxından tanıya bilmədim. Bir neçə rəsmini şeirini görmüşdüm. Çox fərqli bir üslubu vardı. İçə dönük, səssiz, öz-özüylə danışır kimi yazan bir qələmdi. Şeirlərində həm müzik, həm rəng vardı. Onun haqqında bir yazı yazmışdım “525-ci qəzet. Çox sevinmişdi. Geçən il Azərbaycana getdiyimdə görüşmüşdük. Qısa bir görüşməydi. Oğlu ilə birlikdə Tofiq Abdinin evinin yaxınındakı parka gəlmişdi. O gün ikisi necə nəşəli həyatla doluydu! Bir il sonra öləcəklərini hardan biləcəklərdi ki?

Orda nələrdən danışmadıq. O, fransız şairlərindən bəhs etmişdi. Mən alman şairlərindən... Ona Henrix Heinenin bir şeirini oxumuşdum:

Yuxarıda ulduzlar parlarkən
Biz burada xoşbəxt olmalıyıq.
Aşağıda necə varsa, eləcə
Ölümün soyuq qollarında.

Adil Mirseyid daha çox fransız rəssamı Tuluza  heyrandı.Onun rəsmlərindən, yaponlardan təsirlənməsindən, rənglərindən, afişalardakı Parisin dansçı fahişə qadınlarından söz saldı. Danışarkən sanki yanımızdan aralanıb Parisə gedir, gəlirdi. Ömründə bir dəfə belə Parisə getməmiş bu insanı oraya sənətin ruhu uçururdu. Sena çayından, Şansölizeden, Notrdam kilsəsindənordakı kafelərdən,həvəskar  küçə rəssamlarından bəhs edirdi. Danışarkən yarıyumulu gözlərini uzaqlara dikir, arabir əliylə bəmbəyaz olmuş saqqalını sığallayır qərib-qərib gülümsəyirdi.

Çox danışacaqdıq, amma Tofiq abinin zarafatla qarışıq narahatlığından erkən qalxdıq. Yolboyu da söhbətdən qalmadıq. Bu onunla ilk son görüşümüz idi. Bu görüşmə qısa olsa da, mənim ruhumda dərin izlər buraxan bir görüşməydi.Bəzi insanlarla dəfələrlə görüşməmə rəğmən ondan bir küçük iz qalmaz hafızəmdə. Amma Adil Mirseyidlə qısa görüşmə, dünyadan, tamahdan, yalanlardan arındırılmış saf sənət dolu bir görüşməydi.

Adil Mirseyid az yaşadı. 62 yaş nədir ki?! Şərqdə sənətçilər acı çəkərlər qısa yaşarlar. Adil Mirseyid onlardan biriydi

Əbdürrəhim Qaraqoç necə deyirdi

Artık  qar yağar, mən üşürüm,
saçlarımı dağıdar rüzgar.
Yaşarken bir günde min yol ölürüm,
Artıq ölmək yoxdur, ölümsüzlük var

Ruhu
şad olsun Adil Mirseyidin!

 





26.07.2014    çap et  çap et