525.Az

Asim Mollazadə: “ATƏT-in Minsk qrupunun fəaliyyəti beynəlxalq siyasi turizmə bənzəyir”


 

Asim Mollazadə: “ATƏT-in Minsk qrupunun fəaliyyəti beynəlxalq siyasi turizmə bənzəyir”<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun fəaliyyəti beynəlxalq siyasi turizmə bənzəyir”. Belə bir açıqlama ilə Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə çıxış edib. O deyib ki, həmsədrlər dünyanın ən gözəl şəhərlərindəgörüşlərkeçirirlər, bir-biri ilə söhbət edib dağılışırlar: “Elə buna görə 20 ildən artıqdır ki, münaqişənin həlli yoxdur. Münaqişənin həll olunmamasının ən əsas səbəbi ATƏT-in Minsk qrupunun beynəlxalq hüquq normalarına arxalanmaması, ona müvafiq qərarlar hazırlamamalarıdır. Ona görə münaqişənin həlli tapılmır”.

Millət vəkili əlavə edib ki, Azərbaycanın əraziləri işğal olunub: “Bir qonşu digər qonşunun ərazilərini işğal edərək bir milyondan artıq insan qaçqın məcburi köçkünə çevirib. Lakin ATƏT-in Minsk qrupu bu məsələ ilə bağlı öz töhfələrini ATƏT digər beynəlxalq təşkilatlara verməyib. Yəni təcavüzkara qarşı hər hansı bir sanksiya təzyiq olunmur. Necə olur ki, Ukraynadakı hadisələrdən sonra Rusiyaya ciddi sanksiyalar tətbiq edilir. Amma Ermənistana qarşı heç bir sanksiya qəbul edilmir”.  

Həmsədrlərin tez-tez dəyişməsi məsələsinə toxunan A.Mollazadə deyib ki, tez-tez dəyişmələrinə baxmayaraq, həmsədrlərin mövqeyində ciddi bir fərq görmür: “ATƏT-in Minsk qrupu tərəfindən Beynəlxalq Hüququn aliliyindən istifadə olunmadığına görə problem həll olunmur”. 

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov isə bildirib ki, Azərbaycanla  Avropa İttifaqı arasında yüksək münasibətlər mövcuddur. Cənubi Qafqaz regionunda -nin əsas ticari-iqtisadi tərəfdaşı Azərbaycandır. Bununla belə, Azərbaycan Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması istiqamətində -dən ciddi səylər gözləyir.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəal addımlar ata bilər: “Bunun üçün bu təşkilatın geniş imkanları var. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 23- Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən vurğulayıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə nizama salınmasına tərəfdardır. Amma qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan isə beynəlxalq hüquqa, həmsədr ölkələrin rəhbərlərinin bəyanatlarına məhəl qoyur. Münaqişə nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin hələ işğal altında olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, əgər problem beynəlxalq hüquq çərçivəsində ədalətli həll olunmasa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər.

Təbii ki, prezidentin bu bəyanatı beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu üçün xəbərdarlıq olmalıdır. Çünki Ermənistan hakimiyyəti beynəlxalq birliyin bu məsələyə laqeyd yanaşmasından istifadə edərək özünün işğalçı siyasətini davam etdirir. Beynəlxalq qurumlar, o cümlədən nəzərə almalıdır ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək hüququ var. Bu hüquq BMT-nin nizamnaməsində öz əksini tapır. Əgər dünya birliyi regionumuzda vəziyyətin gərginləşməsini istəmirsə, Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə məcbur etməlidir”.

Pərvanə

 





25.07.2014    çap et  çap et