525.Az

Elman Nəsirli: “USAİD müəyyən qüvvələrin əlində maliyyə aləti rolunu oynayır”


 

Elman Nəsirli: “USAİD müəyyən qüvvələrin əlində maliyyə aləti rolunu oynayır”  <b style="color:red"></b>

Son zamanlar ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanla bağlı fəaliyyətində bir sıra neqativ hallar diqqəti cəlb edir. Təbii ki, onlar müəyyən qüvvələrin əlində maliyyə aləti rolunu oynayır”.  Belə bir açıqlama ilə politoloq Elman Nəsirli ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda həyata keçirmək istədiyi təxribatçı hərəkətlərə münasibət bildirərkən çıxış edib.

Politoloqun sözlərinə görə, USAİD çalışır ki, maliyyə vasitəsilə təsir etmək istədikləri ölkələrdə özləri üçün “5-ci koloniya yaratsınlar hökumətə təzyiq göstərə bilsinlər: “Hesab edirəm ki, bu gün USAİD-in fəaliyyətində həmin prinsiplər çox qabarıq şəkildə özünü büruzə verir. Onlar əllərində olan bu təsirrıçarqlarından imkanlarından istifadə etməklə çalışırlar ki, hədəf kimi seçdikləri ölkələrdə prosesləri öz istəklərinə uyğun istiqamətləndirsinlər. Biz dəfələrlə bunun dünya praktikasında şahidi olmuşuq. Xüsusilə Yaxın Orta Şərq ölkələrindən başlayan proseslər bir daha təsdiqləyir ki, USAİD kənardan idarə olunur müəyyən vasitələrdən istifadə edir. Hesab edirəm ki, bu qüvvələrin Azərbaycanla bağlı niyyətlərinin həyata keçirilməsinin heç bir real əsası yoxdur. Çünki ölkəmizdə heç bir daxili təhlükə elementi mövcud deyil. Azərbaycanda siyasi sabitlikdir hakimiyyətlə xalq arasında birlik, harmoniya var. Təbii ki, belə olan vəziyyətdə ölkəmiz çox yüksək inkişaf dinamikasına malikdir. Ölkəmiz bu illərin özündə belə dünyanı heyrətləndirə biləcək inkişaf tempi nümayiş etdirir”.

Politoloq bildirib ki, bu ilin iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014- ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələlərə bir daha toxunuldu. Ölkə başçısı həmin iclasda qeyd etdi ki, Azərbaycan çox yüksək sürətli inkişaf dinamikasına malikdir bu özü iqtisadi inkişafın bir modelidir.Təbii ki, bu inkişafı, dinamikanı həzm edə bilməyən qüvvələr hər zaman var”. 

PƏRVANƏ

 





25.07.2014    çap et  çap et