525.Az

2 min nəfərə yaxın şəxs müvəqqəti işlə təmin edilib


 

2 min nəfərə yaxın şəxs müvəqqəti işlə təmin edilib<b style="color:red"></b>

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə Mingəçevir şəhərlərindəki Əmək birjaları cari ilin yanvar-iyun aylarında 1995 nəfər şəxsi müvəqqəti xarakterli yerlərinə göndərib. 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “525-ci qəzetə verilən məlumata görə, onlardan 1070 nəfəri qadınlar, 889 nəfəri gənclər, 64 nəfəri qaçqın məcburi köçkünlər olub. Əmək birjaları natamam günü natamam həftəsi üzrə işləyənlərin boş vaxtları ərzində əlavə qazanc əldə etmələri üçün onların qısa müddətli, o, cümlədən birdəfəlik ya mövsümi işlərlə təmin olunmasına köməklik göstərir. Birjalarda bu məqsədlə əhalidən ayrı-ayrı adamlarından müxtəlif növlərdə müvəqqəti xarakterli işlərin görülməsinə dair sifarişlər qəbul olunur belə işlərdə çalışmaq üçün müraciət etmiş vətəndaşlara təklif edilir.

Ümumilikdə, cari ilin ilk yarısında ƏƏSMN-nin məşğulluq xidməti orqanları 13 742 nəfər münasib işlə təmin edilib. Bu müddətdə 1 782 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı əlavə təhsil kurslarına, 57 327 nəfər isə peşəyönümü məsləhətlərinə cəlb edilib. Eyni zamanda, pilot layihə çərçivəsində ilk dəfə axtaran 15 nəfər ali təhsilli gənc ilk 6 ay ərzində əmək haqlarının işəgötürən tərəfindən deyil, subsidiyalı formada BƏT-in maliyyə dəstəyi ilə ödənilməsi şərti əsasında münasib işlərlə təmin edilib.

 





25.07.2014    çap et  çap et