525.Az

Rabitə Nazirliyində kollegiya iclası keçirilib


 

Rabitə Nazirliyində kollegiya iclası keçirilib <b style="color:red"></b>

Rabitə Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2014- ilin 6 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib.

Bu barədə “525-ci qəzetə nazirliyin mətbuat xidmətindən məlumat veriblər.  İclasda rabitə yüksək texnologiyalar naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014- ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqindən irəli gələn vəzifələr barədə danışaraq, respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına artım tempinə nail olunduğunu qeyd edib. Rabitə yüksək texnologiyalar sektorunda uğurlu inkişaf tendensiyasının davam etdiyini vurğulayan nazir əldə edilən nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Belə ki, Dünya İqtisadi ForumununQlobal İnformasiya Texnologiyaları 2014” (“The Global Information Technology Report 2014”) hesabatında AzərbaycanŞəbəkələşmə Hazırlığı İndeksi görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib. Ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu yeri tutmaqla MDB- liderlik mövqeyini qoruyub saxlayır. BMT-nin ənənəvi olaraq hər iki ildən bir nəşr etdiyiE-Hökumət müayinəsi 2014” adlı hesabatın builki nəşrində Azərbaycan 193 ölkə arasındaElektron hökumətin inkişafı indeksiüzrə əvvəlki mövqeyini 28 pillə artıraraq 96- yerdən 68-ci yerə yüksəlib.

Daha sonra kollegiya iclasında 6 ay ərzində rabitə yüksək texnologiyalar sahəsində görülmüş işlər əldə olunan nəticələr barədə məruzə dinlənilib. Bildirilib ki, 2014- ilin I yarımilliyi ərzində İKT, informasiya poçt sektorunda əldə olunan gəlirlərin həcmi müqayisəli qiymətlərlə ötən ilin müvafiq dövrünə nisbətən 13,0 faiz  artıb. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir. Eyni zamanda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 73-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 55-ə, kompüter istifadəçilərinin sayı isə 62- bərabərdir. Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının yaradılan texniki imkanlığın nəticəsidir ki, beynəlxalq internet kanallarının ümumi tutumu 250 Gb/s-ə çatdırılıb.  Eyni zamanda ölkə əhalisinin yaşadığı ərazilərin 97,5 faizi açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin edilib.

Sonra məruzə ətrafında RYTN-in bir sıra birlik müəssisə rəhbərlərinin çıxışları dinlənilib, cari həlli vacib məsələlər müzakirə edilib.

Kollegiyaya yekun vuran nazir Əli Abbasov müvafiq fərman, sərəncam dövlət proqramlarında RYTN- bağlı məsələlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb. Nazirliyin fəaliyyətinin səmərəli təşkili ilə bağlı yeni əsas istiqamətləri önə çəkən Ə.Abbasov kosmik sahənin, o cümlədən peyk infrastrukturunun inkişafı müxtəlif təyinatlı peyklərin orbitə çıxarılması ilə bağlı nəzərdə tutulan tədbirlərin davam etdirilməsi, internet xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi, operatorlararası qarşılıqlı münasibətlərin tənzimlənməsi, mobil nömrə daşınmasının effektivliyinin artırılması, genişzolaqlı rabitənin təşkilinə başlanılması üçün müvafiq tədbirlərin görülməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, telekommunikasiya poçt xidməti şəbəkəsinin modernləşdirilməsi, poçt xidmətlərinin çeşidinin artırılması əlavə xidmətlərin təşkili, istifadəçilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, həmçinin vətəndaşlardan RYTN-ə daxil olan müraciətlərin diqqətlə araşdırılması qarşılaşdıqları problemlərin operativ həlli üzrə zəruri tədbirlərin görülməsi, kibertəhlükəsizlik sahəsində insidentlərə qarşı mübarizə infrastrukturunun gücləndirilməsi, ölkə ərazisində televiziya radio proqramlarının yayım keyfiyyətinin əhatə zonasının genişləndirilməsi, rəqəmli yayıma keçidin tam başa çatdırılması, habelə 2015-ci ildə keçiriləcək ilk Avropa Yay Olimpiya Oyunlarında keyfiyyətli dayanıqlı telekommunikasiya xidmətlərinin təmin edilməsi istiqamətində nazirliyin struktur bölmələrinə konkret tapşırıq göstərişlərini verib.

 





25.07.2014    çap et  çap et