525.Az

Azərbaycanlı rəssamın əsərləri Portuqaliyada nümayiş olunacaq


 

Azərbaycanlı rəssamın əsərləri Portuqaliyada nümayiş olunacaq<b style="color:red"></b>

Rəssam Mehriban ƏfəndiMirriadadlı əsəri iləInternational Surrealism Now” layihəsinin növbəti yeni sərgisində Azərbaycanı təmsil edəcək. Mehriban Əfəndinin verdiyi məlumata görə, sərgi avqustun 9-dan sentyabrın 6-dək Portuqaliyanın Portu şəhərindəVieira Portuenseadlı qalereyada keçiriləcək. Budəfəki sərgiyə 28 ölkənin rəssamları qatılacaq burada rəsm əsərlərindən başqa foto, heykəltəraşlıq rəqəmsal yaradıcılıq nümunələri nümayiş olunacaq. Qeyd edək ki, rəssam Mehriban Əfəndi bu layihəyə 2010-cu ildə Bissaya Barreto Fondunun sponsorluğu layihənin rəhbəri məşhur Portuqaliya rəssamı Santiago Riberonun xüsusi dəvəti ilə qatılıb. Layihənin məqsədi rəssam Salvador Dalidən sonra müasir dövrdə yaşayıb yaradan professional sürrealistləri bir araya gətirmək onları dünyada tanıtmaqdır.

S.ABDULLAYEVA

 





25.07.2014    çap et  çap et