525.Az

Kino Günü münasibətilə silsilə tədbirlər keçiriləcək


 

Kino Günü münasibətilə silsilə tədbirlər keçiriləcək<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi hər il avqustun 2-si ölkəmizdə kino işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu münasibətlə bu il avqustun 1- Nizami Kino Mərkəzində bayram tədbiri keçiriləcək.

Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, tədbir çərçivəsində bir qrup kino veteranı mükafatlandırılacaq yenifilm.azgənclər üçün kino müsabiqəsinin qalibləri elan olunacaq.

Tədbirdə cari ildə Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında istehsal olunmuşNabatbədii filminin təqdimatı olacaq.

Cəfər Cabbarlı adınaAzərbaycanfilmKinostudiyasının istehsalı olan bu tammetrajlı bədii film avqustun 27-dən sentyabrın 6-dək İtaliyadakı 71-ci Venesiya Beynəlxalq kinofestivalında nümayiş etdiriləcək.

Qarabağ müharibəsinin dramatik hadisələrindən birini canlandıran filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev, Elçin Musaoğlu, quruluşçu operatoru Abdulrəhim Beşarat, prodüseri Müşfiq Hətəmovdur. Filmdə əsas rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov başqaları canlandıracaqlar. Nizami Kino Mərkəzinin foyesində Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış sərgi nümayiş etdiriləcək. Sərginin ekspozisiyasına müxtəlif illərdə lentə alınmış Azərbaycan filmləri üçün çəkilən dekorasiyaların geyimlərin eskizləri daxildir.

S.ABDULLAYEVA

 





25.07.2014    çap et  çap et