525.Az

“Anamın Kitabı” pyes müsabiqəsinin qalibləri məlum olub


 

“Anamın Kitabı” pyes müsabiqəsinin qalibləri məlum olub<b style="color:red"></b>

Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin ideyası təşəbbüsü ilə Hədəf Nəşrlərinin təsis etdiyi, “Kitabevim.Az Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı ilə həyata keçirilənAnamın Kitabıpyes müsabiqəsinin qaibləri müəyynləşib. Layihənin rəhbəri yazıçı Müşfiq Xanın bildirdiyinə görə, səsvermə iyulun 20- onlayn səsvermə ilə yekunlaşıb: “Azərbaycanda milli ədəbiyyatın teatrın inkişafına dəstək məqsədi ilə təsis olunanAnamın KitabıƏdəbi Mükafatı builki pyes müsabiqəsinə fevral ayının 21- start verilib. Mayın sonuna qədər davam edən əsər qəbulu prosesində 50-dən çox pyes müsabiqəyə buraxılıb. İyunun 15-ə qədər əsərlər Ekspert Şurası tərəfindən qiymətləndirilib onluq müəyyənləşib. Münsiflər heyətinin qərarına görə birinci yerin qalibi 72 balla Sevinc El Sevər olub. İlk üçlükdə sonrakı yerləri müvafiq olaraq Şəbnəm Xeyrulla Qanun Ümman Qahablı tutub. Onluqda müvafiq ballar üzrə siyahıda Günel Kərimli, Murad Nuriyev, Şəhriyar del Gerani, Ülviyyə Tahir, Elşən Feyzulla, Zöhrə İsmayılova Natəvan Mikayılova yer alıb. Münsiflər Heyətinin qərarı ilə Elçin Hüseynbəyli gənclərə dəstək məqsədilə müsabiqəyə təqdim etdiyiSezarəsərinə görəAnamın KitabıFəxri Mükafatına layiq görülüb.

Müsabiqənin Təşkilat Komitəsindən verilən məlumata görə mükafatlandırma mərasimi bu ilin sentyabr ayında keçiriləcək. İlk 4 yerin sahibi üçün 2 min manat həcmində mükafat fondu nəzərdə tutulub. Növbəti illərdə mükafat fondu arta bilər. Builki müsabiqədə I yerin sahibinə 1000 manat Anamın KitabıƏdəbi Mükafatı, II yer – 500 manat, III IV yerlərin sahiblərinə isə müvafiq olaraq 300 200 manat pul mükafatları təqdim olunacaq. I yerin qalibinin pyesi Dövlət Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə tamaşaya qoyulacaq. Bundan əlavə onluğa düşən bütün əsərlər toplu şəklində nəşr ediləcək. Sentyabrda baş tutacaq mükafatlandırma mərasimində qonaqlara müsabiqə iştirakçılarına eyni zamanda Hədəf Nəşrləri tərəfindən yeni tərtibatda nəşr edilmiş Cəlil MəmmədquluzadəninAnamın Kitabıpyesi hədiyyə olunacaq.

S.ABDULLAYEVA

 





25.07.2014    çap et  çap et