525.Az

“Azerbaijan Art Festival – 2014” üzrə sonuncu sərgi Ağstafada açılıb


 

“Azerbaijan Art Festival – 2014” üzrə sonuncu sərgi Ağstafada açılıb<b style="color:red"></b>

Baku Creative Centerin təşkilatçılığı, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi Nar Mobilemobil operatorunun baş sponsorluğu ilə reallaşdırılanAzerbaijan Art Festival2014” layihəsi çərçivəsində bölgələr üzrə sonuncu sərgi Ağstafa Dövlət Rəsm Qalereyasında açılıb. “Baku Creative Centerdən verilən məlumata görə, açılışda rəsm qalereyasının direktoru Gülnarə Eyyubova çıxış edərək sərginin təşkilini yüksək qiymətləndirib, təşkilatçılara minnətdarlığını bildirib. Layihənin kuratoru Fərəh ƏləkbərliAzerbaijan Art Festival 2014” haqqında ətraflı məlumat verib. Ekspozisiyada Lalə Ağayeva, Fəxri Abbasov, Vüsalə Ağarazıyeva, Fəridə Qarayeva, Lalə Hüseynova digər rəssamların əsərləri nümayiş edilib. Astara, Lerik, Yardımlı, Lənkəran, Bərdə, Goranboy, Gəncə, Şəmkir, Qazax Ağstafada ardıcıl olaraq təşkil edilən sərgilərdə gənc rəssamların əsərləri ilə yanaşı, ustad dərsləri təşkil edilib.

S.ABDULLAYEVA

 





25.07.2014    çap et  çap et