525.Az

Azərbaycan və Belarus muzeyləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb


 

Azərbaycan və Belarus muzeyləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb<b style="color:red"></b>

Azərbaycan Milli İncəsənət Muzeyi ilə Belarusun Milli Bədii Muzeyi arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə ikitərəfli müqavilə imzalandı.

İmzalanma mərasimindən əvvəl mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva hər iki ölkə arasında əlaqələrin yüksələn xətlə davam etməsindən söz açıb, mədəni əməkdaşlığın genişləndiyini xüsusilə qeyd edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda muzey işinin inkişafına diqqət qayğısından danışan nazir müavini bu gün həmin siyasətin Prezident İlham Əliyev, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Belarusun Milli Bədii Muzeyinin baş direktoru Vladimir Prokoptsov müqavilənin imzalanmasının mühüm tarixi hadisə olduğunu deyib bundan sonrakı əlaqələrin daha da genişlənməsinə, təcrübə mübadiləsinə öz layiqli töhfəsini verəcəyinə əminliyini ifadə edib. Qonaq Azərbaycandakı muzey işinin təcrübəsini yüksək qiymətləndirib.

İncəsənət muzeyləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə ikitərəfli müqaviləni Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev Belarusun Milli Bədii İncəsənət Muzeyinin direktoru Vladimir Prokoptsov imzalayıblar.

S.ABDULLAYEVA

 





25.07.2014    çap et  çap et