525.Az

“Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqimizin dünyada təbliğində böyük əhəmiyyət daşıyır”


 

“Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqimizin dünyada təbliğində böyük əhəmiyyət daşıyır”<b style="color:red"></b>

Paytaxtdan kənarda, belə ecazkar məkanda beynəlxalq musiqi festivalının keçirilməsi mühüm hadisədir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsində belə mötəbər tədbirlərin əhəmiyyəti böyükdür”.

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov AzərTAc-a müsahibəsində deyib.

Bildirib ki, dünyada festival paytaxtları sayılan böyük şəhərlər tədricən öz yerlərini Qəbələ kimi sənət təbiət gözəlliyinin uzlaşdığı kiçik şəhərlərlə dəyişir.

Görkəmli dirijor festivalın ərsəyə gəlməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

Diqqətə çatdırıb ki, festival günlərində klassik musiqi həvəskarları Rusiya, Avstriya, Kanada, ABŞ, İsrail, Türkiyə digər ölkələrin dünya şöhrətli sənətkarlarının məşhur kollektivlərinin ifasında ölməz əsərləri dinləmək imkanı əldə edəcəklər. Dirijor əmin olduğunu bildirib ki, belə möhtəşəm səhnədə məşhur musiqiçilərlə birgə gənclərin çıxış etmələri onların gələcək inkişafına böyük təkan verəcək.

F.Kərimov festival çərçivəsində özünün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik orkestrinin konsertinin böyük müvəffəqiyyətlə keçdiyini xatırladaraq deyib: “Hər gün keçirilən belə konsertlərdə bir-birindən gözəl ifalar, dahi bəstəkarların məşhur əsərləri tamaşaçılara unudulmaz anlar bəxş edir. Çıxışlar alqışlarla qarşılanır. VI Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqimizin dünyada təbliğində böyük əhəmiyyət daşıyan mədəni hadisədir”.

 





25.07.2014    çap et  çap et