525.Az

İlham Əliyev Maldiv Respublikasının prezidentini təbrik edib


 

İlham Əliyev Maldiv Respublikasının prezidentini təbrik edib<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Maldiv Respublikasının prezidenti Abdulla Yamin Abdul Qəyyumu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
 
525.az-ın prezidentin rəsmi saytına istinadən məlumata görə, dövlət başçısının məktubunda deyilir:
 
“Hörmətli cənab prezident, Maldiv Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Maldiv münasibətləri daha da inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və rifah arzulayıram”.
 





25.07.2014    çap et  çap et