525.Az

Pensiyaçılara şad xəbər


 

Pensiyaçılara şad xəbər<b style="color:red"></b> Bu ilin ilk yarısında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin, xüsusilə də  qeyri-büdcə daxilolmalarının sürətli artımı öz növbəsində pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilən xərclərin artımına imkan verib.
 
Lent.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib.
 
Fondun sədri deyib ki, 2014-cü ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 2,4%-lik artım (indeksasiya) tətbiq olunub. “2014-cü il iyulun 1-nə əmək pensiyalarının baza məbləği 100 manat, orta aylıq məbləği 172,7 manat, yaşa görə pensiyalar üzrə orta aylıq məbləğ 190,9 manat, əvəzetmə əmsalı 45% təşkil edib. Nəticədə pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyib”- deyə E. Mehdiyev qeyd edib. 
 





25.07.2014    çap et  çap et