525.Az

Fərəc Kərimov barəsində həbs qətimkan tədbiri seçilib


 

Fərəc Kərimov barəsində həbs qətimkan tədbiri seçilib<b style="color:red"></b> İyulun 23-də saxlanılan Müsavat Partiyasının üzvü, bloqger Fərəc Kərimovun barəsində həbs qətimkan tədbiri seçilib.
 
Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, iyulun 24-də Nərimanov Rayon Məhkəməsi tərəfindən F. Kərimovun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, iyulun 23-də Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda Fərəc Kərimovun polislər tərəfindən saxlanıldığı, üzərindən narkotik maddə tapıldığı qeyd olunub, saxlanmanın səbəbi kimi onun internetdə psixotrop maddələri təbliğ etməsi göstərilib.
 





25.07.2014    çap et  çap et