525.Az

İŞİD erməni kilsələrini də hədəfə aldı


 

İŞİD erməni kilsələrini də hədəfə aldı<b style="color:red"></b>

Yaxın Şərq regionu üçün yeni təhlükə mənbəyi olan İraq Şam İslam Dövləti (İŞİD) adlı terrorçu qruplaşması erməniləri də qorxuya salıb.

Modern.az saytı xəbər verir ki, Suriyada və İraqda fəallaşaraq bir sıra terror aktı və vəhşi əməllərə imza atan İŞİD-in hədəfində erməni kilsələri də var.

Erməni qaynaqlarının məlumatına görə İŞİD-in Suriyada fəaliyyət göstərən hərbi birləşmələri bu ölkənin Rakka qəsəbəsində yaşayan ermənilərin həyat tərzinə, kilsələrinə də nəzarət etməyə başlayıb. Sözügedən bölgədə üç xristian kilsəsinin bağlandığı bildirilir. 

Ermənistan mətbuatının yazdığına görə, onların içərisində erməni katolik kilsəsi də var. Yayılan məlumatda İŞİD-in erməni kilsəsindən xaç işarələrini çıxararaq onun yerinə özlərinin qara bayraqlarını asdıqları qeyd olunur.  

 





25.07.2014    çap et  çap et