525.Az

"İnter" UEFA-ya şikayət etdi


 

"İnter" UEFA-ya şikayət etdi<b style="color:red"></b>

"İnter" klubu Avroliqanın II təsnifat mərhələsinin "Elfsborq"la cavab matçının hakim idarəçiliyi ilə bağlı UEFA-ya şikayət edib.

Qol.Az saytına bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Bolqarıstanlı hakim Stanislav Todorov matçın 3-cü dəqiqəsində "İnter"in müdafiəçisi Laşa Salukvadzeyə qırmızı vərəqə göstərib və komandamızın qapısına penalti təyin edib. "İnter" isə hakimin qırmızı vərəqə qərarı ilə razılaşmadığı üçün UEFA-ya şikayət ərizəsi göndərib və görüşün baş hakiminin cəzalandırılmasını tələb edib. 

Xatırladaq ki, rəqibinə  penaltilər seriyasında uduzan (3:4) "İnter" Avroliqada mübarizəni dayandırıb.

 





25.07.2014    çap et  çap et