525.Az

Fazil Mustafa Qafqaz Müsəlmanları Ruhani İdarəsini tənqid edib


 

Fazil Mustafa Qafqaz Müsəlmanları Ruhani İdarəsini tənqid edib<b style="color:red"></b> Millət vəkili Fazil Mustafa Ramazan bayramının vaxtı ilə bağlı Qafqaz Müsəlmanları Ruhani İdarəsini tənqid edib.

Lent.az-ın məlumatına görə, bununla bağlı “facebook” səhifəsində qeyd edən millət vəkili bildirib ki, Azərbaycanda Ramazan bayramının iyulun 29-da keçirilməsi başadüşülən deyil:

“Dünyanın hər yerində Bayram namazı 28 iyuldadır. Yalnız İranda və Azərbaycanda 29 iyulda təyin olunub. Deyəsən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fətvası Qum saatına baxılaraq yazılıb, Şamaxı Rəsədxanasının teleskoplarının da gözünü Qum tutub. Nəinki Güneyimiz, elə Quzeyimiz də hələ ki, İran Dininin mənəvi müstəmləkəsi olaraq qalır. Kim istəyirsə gedib öz namazını İran ayətullalarının arxasında qılsın. Müstəqil bir dövlətin İranın kopyaçısına çevrilməyi utancverici bir haldır”.
 
Qeyd edək ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsinə Şeyxülislam Hacıallahşükür Paşazadə rəhbərlik edir.
 





25.07.2014    çap et  çap et