525.Az

Bakıda kitab yarmarkası keçiriləcək


 

Bakıda kitab yarmarkası keçiriləcək<b style="color:red"></b>

26-29 iyul tarixlərində Bakı şəhər İcra Hakimiyyətinin razılığı ilə QANUN Nəşrlər Evinin endirimli kitab yarmarkası keçiriləcək.

525.az-ın "Qanun Nəşrlər Evi"-nin rəsmi Facebook səhifəsinə istinadən verdiyi məlumata görə, yarmarka iki ünvanda - Hüseyn Cavid və Zabitlər parklarında baş tutacaq.

Yarmarkalarda 500 addan çox, 10 minə yaxın kitab sərgilənəcək, kitab kataloqları paylanılacaq. Saat 09:00-dan 21:00-a dək davam edən yarmarkada ən müxtəlif kitablar - dünya klassik ədəbiyyatı, müasir dövrün tanınmış yazıçılarının, biznes və özünüinkişafa aid, uşaq ədəbiyyatı- nağıllar, ensiklopediyalar, boylamalar, eləcə də Azərbaycan yazarlarının kitabları sərgilənəcək. Kitab yarmarkasının keçirilməsində məqsəd yeni kitabları tanıtmaq, insanları kitaba cəlb etmək, oxucularla kitab mədəniyyəti arasında körpü yaratmaqdır.

 





25.07.2014    çap et  çap et