525.Az

Qəbələ VI Beynəlxalq Musiqi Festivalı başlanıb


 

Qəbələ VI Beynəlxalq Musiqi Festivalı başlanıb <b style="color:red"></b>

İyulun 23- Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ VI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanlandığı təbrik məktubu oxunub.

Daha sonra mərasimdə festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gələn bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamlayıb, festivalın işinə uğurlar arzulayıblar. Çıxış edənlər bildiriblər ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir.

Sonra açıq havada qurulan səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olub. Konsertdə Xəyyam Mirzəzadənin "Səməd Vurğun poemasına illüstrasiyalar", Volfqanq Amadey Mosartın "Alleqro", Qara Qarayevin "Alban rapsodiyası" digər tanınmış azərbaycanlı Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. Konsertdə skripkada Kamran Ömərli, pianoda Əməkdar artist Gülşən Ənnağıyeva çıxış ediblər. Musiqi axşamında Xalq artisti, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Rauf Abdullayev dirijorluq edib.

Avqustun 1-dək davam edəcək musiqi bayramında Azərbaycan xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

 





25.07.2014    çap et  çap et