525.Az

"Erməniləri ruhlandıran amil həmsədrlərin fəaliyyətsizliyidir"


 

"Erməniləri ruhlandıran amil həmsədrlərin fəaliyyətsizliyidir"<b style="color:red"></b>

"Ermənilər ATƏT-in Minsk qrupunun təqdim etdiyi sənədi başa düşmədiklərini bunun üçün əlavə izah istədiklərini deyirlər". Belə bir açıqlama ilə Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistan dövlətinin əsir aldıqları azərbaycanlılarla bağlı mətbuatda müxtəlif təxribat xarakterli bəyanatlarına münasibət bildirərkən çıxış edib.

Politoloqun sözlərinə görə, bütün bunlar Ermənistanın ən böyük dayağı, himayədarı olan bəzi beynəlxalq qurumların, xüsusən ATƏT-in Minsk qrupunun hadisələrə qeyri-adekvat münasibətindən qaynaqlanır: "Ermənilər ATƏT-in Minsk qrupunun təqdim etdiyi sənədi başa düşmədiklərini bunun üçün əlavə izah istədiklərini deyirlər. Amma ATƏT həmsədrləri o izahı onlara vermir. Bununla belə Ermənistan tərəfi iddia edir ki, biz Kəlbəcər rayonunu minalayacağıq. Təbii ki, bu da həmin regiona əlavə hərbi elementlərin cəlb olunmasıdır. Eləcə bu, Helsinki Yekun aktına əsasən güc tətbiq etməmək prinsipinin pozulması deməkdir. Beləcə, ATƏT həmsədrləri buna heç bir reaksiya vermirlər".

M.Əhmədoğlu əlavə edib ki, hətta işğalçı ölkə Kəlbəcər əhalisini silahlandıracağını deyib: "Hesab edirəm ki, bu da regiona əlavə hərbi elementlərin, silahların cəlb olunması deməkdir. Hazırda erməniləri ruhlandıran amil ATƏT həmsədrlərinin fəaliyyətsizliyidir. Sanki həmsədrlər erməni tərəfi ilə son kampaniyalarda müştərək, şərikli qüvvə kimi çıxış edirlər. İndi o yerə gəlib çatıb ki, ermənilərin cəbhədəki avantüraları, qanunsuzluqları s. birbaşa özlərinin əleyhinə çevrilib. Bütövlükdə götürdükdə ümumi vəziyyət ermənilərin öz ziyanına olsa belə, yenə ATƏT həmsədrləri bu hadisələrə reaksiya verməkdən çəkinirlər".

Xatırladaq ki, dünən ATƏT-in Minsk qrupunun həmsədrləri Brüsseldə Azərbaycanın Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov Edvard Nalbandyanla keçirdikləri görüşə dair bəyanat yayıblar. Vasitəçilər qoşunların təmas xəttində Azərbaycan-Ermənistan sərhədində gərginliyin, zorakılıq hallarının artmasından, habelə dinc sakinlərin qəsdən öldürülməsindən narahatlıqlarını ifadə ediblər. Onlar tərəfləri konkret olaraq dinc əhali arasında ölüm hallarının baş verməməsi üçün öhdəlik götürməyə, gərginliyin azaldılması üçün səylər göstərməyə, atəşkəs rejimi haqqında sazişin şərtlərinə sadiq qalmağa çağırıblar.

 Diplomatlar xarici işlər nazirləri sülh danışıqlarında irəliləyişin əldə olunması üçün Azərbaycan Ermənistan prezidentlərinin görüşünün əhəmiyyətini vurğulayıblar bu sammitin gündəliyindəki mümkün məqamları da müzakirə ediblər.

 PƏRVANƏ

 





25.07.2014    çap et  çap et