525.Az

Sevinc Fətəliyeva: "Müstəqil siyasət həyata keçirən dövlətlərə mütəmadi təzyiqlər olur"


 

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın "525"ə müsahibəsi

Sevinc Fətəliyeva: "Müstəqil siyasət həyata keçirən dövlətlərə mütəmadi təzyiqlər olur" <b style="color:red"></b>

- Sevinc xanım, Azərbaycan bir sıra məqamlara, problemlərə, çətinliklərə baxmayaraq, son illər müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməkdədir. Yəni, Azərbaycanın ikitərəfli çoxtərəfli münasibətləri inkişaf edir, ölkəmiz beynəlxalq təşkilatlarda artıq öz mövqeyini ortaya qoya, onu qəbul etdirə bilir. Azərbaycanı-ölkə parlamentini nüfuzlu beynəlxalq təşkilatlardan birində-AŞPA-da təmsil edən bir millət vəkili kimi bəs Siz məhz bu reallıqlar perspektivlə bağlı deyə bilərsiniz?

- İlk öncə onu deyim ki, müstəqil, suveren Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan şəkildə gəlib çatmayıb. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı beynəlxalq aləmdə nüfuzlu dövlətə çevirib, ölkəmiz iqtisadi inkişaf modelinin əsasını qoyub. Bu gün Azərbaycan demokratik dəyərlərə sadiq, müstəqil inkişaf yoluna malik olan sosial dövlət kimi tanınır ölkəmizin inkişafı beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur. Bütövlükdə, bu gün müstəqil Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir. Əldə olunmuş inkişaf göstərir ki, müstəqil Azərbaycanın seçdiyi yol dövlətçilik maraqlarına xalqın iradəsinə əsaslanır. İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf etməsi, eləcə beynəlxalq müstəvidə nüfuzunun artması inkarolunmaz reallıqdır. Beynəlxalq müstəvidə nüfuzumuzu təsdiq edən başlıca məqamlardan biri odur ki, bölgəmizdə Azərbaycanın iştirakı razılığı olmadan hər hansı layihə həyata keçirilə bilməz. Yəni, bu baxımdan, Azərbaycan bölgədə söz sahibidir, onun sözü, mövqeyi ilə ciddi şəkildə hesablaşılır.

- Belə olan təqdirdə, Azərbaycanın həyata keçirdiyi xarici siyasət hansı uğurlarla müşayiət olunur ya olunurmu?

- Bu yöndə uğurlara heç bir şübhə ola bilməz, uğurlar var bundan sonra da davamı gələcək. Eyni zamanda, heç şübhəsiz ki, xarici siyasətdə qazanılan uğurlar da vətəndaşların Prezident İlham Əliyevə yüksək etimad göstərməsini şərtləndirir. Özü bu, bir faktdır ki, Azərbaycanın inkişafı onu siyasi, iqtisadi mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə ölkəmizə olan etimadı artırır. Onu da əlavə edim ki, Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə yeni qlobal mərkəz rolunu oynayır. Həmçinin, qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu etibarlı dövlətə çevrilməsinin səbəblərindən biri ölkəmizin qlobal təhlükəsizliyə əhəmiyyətli töhfələr verməsidir. Qlobal təhlükəsizlikdən bəhs edərkən əvvəla onu bildirmək lazımdır ki, yerləşdiyi regionun təhlükəsizlik qarantı olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Son olaraqŞahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması Azərbaycanla əməkdaşlığın Avropa üçün qədər böyük əhəmiyyət kəsb etdiyini göstərdi. Bu layihənin əhəmiyyəti bütövlükdə Avropanın enerji təhlükəsizliyində yeni era açacaq. Bildiyiniz kimi, "Şahdəniz-2" layihəsi Azərbaycan Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş məqsədyönlü xarici siyasət ölkəmizi regionda lider dövlətə, qlobal miqyasda isə etibarlı tərəfdaşa çevirib.

- Sevinc xanım, amma o da var reallıqdır ki, beynəlxalq müstəvidə Azərbaycanın qazandığı uğurların təqdir olunması ilə yanaşı, bəzən tənqidlər , ittihamlar da eşidirik. Özü bu məsələdə daha çox bəzi beynəlxalq tanınan QHT-lər yer alırlar...

- Bilirsiniz, belə tənqidləri, belə ittihamları, daha doğrusu, bu yöndə hesabatları ilk dəfə deyil ki, görürük, eşidirik. Belə əsassız, qərəzli tənqidlər, ittihamlar, hesabatlar vaxtaşırı ortaya qoyulur ya səsləndirilir. Ancaq burada əsas məsələ reallıq odur ki, bunların arxasında Azərbaycanın inkişafını istəməyən, ermənipərəst qüvvələr dayanır. Bu gün hər kəs görür ki, ikiüzlü dünya var. Ona görə , müstəqil siyasət həyata keçirən dövlətlərə təzyiqlər olur. İstər "Freedom House", istər "Human Right Watch", istər Beynəlxalq Amnistiya Təşkilatı, istərsə digər bəzi xarici qurumlar Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatlarıdır. Bu təşkilatlar Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmirlər. Onlar ölkəmiz haqqında məlumatları ayrı-ayrı "hüquq müdafiəçilərindən" müxalifət partiyalarından alırlar. Digər tərəfdən, təşkilat ölkəmizin inkişafını, müstəqil siyasət yürütməsini istəməyən qüvvələrin tribunasına çevriliblər. Eyni zamanda onu da deyim ki, həqiqət ədalət prinsiplərinin beynəlxalq təşkilatlar səviyyəsində pozulması bu bəşəri dəyərləri aşınmaya məruz qoyur. Çünki müəyyən xarici dairələrin korporativ maraqlar naminə məsələləri ədalətli arxa plana keçirməsi çox zərərləri tendensiyadır. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ilə yanaşı, ölkəmizdə demokratiya sahəsində ciddi irəliləyişlər əldə edilib. Azərbaycanın demokratik inkişaf insan hüquqlarının qorunması sahəsində qazandığı nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir. Belə olan halda, həmin təşkilatların ölkəmizə qarşı tənqidlərinin heç bir əsası yoxdur. Biz öz müstəqil siyasətimizlə hər hansı təzyiq cəhdlərinə tutarlı cavab veririk.

Kamil HƏMZƏOĞLU

 





25.07.2014    çap et  çap et