525.Az

ARGTMŞ media nümayəndələrini təbrik etdi


 

ARGTMŞ media nümayəndələrini təbrik etdi<b style="color:red"></b>

Dünən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə jurnalistlər üçün mətbuat konfransı keçirib. Konfransda təşkilatın son 6 ay ərzində fəaliyyəti nəzərdən keçirilib əldə olunan nəticələr mətbuat nümayəndələrinin diqqətinə çatdırılıb. Daha sonra təşkilatın növbəti mövsüm üzrə yerli beynəlxalq səviyyədə planları açıqlanıb.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seydizadə çıxış edərək deyib ki, təşkilat hər zaman Kütləvi İnformasiya Vasitələrinə açıq olub. Ümumiyyətlə, ARGTMŞ öz fəaliyyətini "3G" strategiyası üzrə irəli sürür. Bura gənclər siyasətinə dəstək, gənclərin əməkdaşlıq imkanlarının artırılması gənclər təşkilatları institutunun gücləndirilməsi aiddir. Bizim təşkilatın prioritetləri başlıca olaraq sadaladığımız bu üç istiqamət üzrə müəyyənləşib. Ölkənin ən böyük gənclər platforması olan ARGTMŞ Avropa Gənclər Forumu, Pan-Afrika Gənclər Birliyi, MDB ölkələrinin gənclərlə üzrə komitəsi, Şərq Tərəfdaşlığı ölkələri, GUAM ölkələrinin digər bu kimi beynəlxalq gənclər platformaların müxtəlif tədbirlər, layihələr proqramlarda iştirak edir.

Konfransın sonunda jurnalistləri maraqlandıran suallara aydınlıq gətirilib təşkilat "Milli Mətbuat Jurnalistika Günü" münasibətilə fəaliyyətində yaxından iştirak edən mətbuat orqanlarının təltifolunma mərasimi həyata keçirilib. ARGTMŞ-ın sədri Şahin Seyidzadə mükafatı təqdim edərək, Milli Mətbuat günü münasibəti ilə jurnalistlərə təbrikini çatdırıb onlara uğurlar arzulayıb.

Xatırladaq ki, ARGTMŞ Azərbaycanın aparıcı gənclər təsisatıdır. Azərbaycan gənclərinin yeganə konfederativ sturukturu, əməkdaşlıq mərkəzi, gənclər qurumlarının əlaqələndiricisi gənclərin beynəlxalq inteqrasiyasını təşkil edən qurumdur. Hazırda Milli Şurada 111 gənclər təşkilatı birləşib.

Mükafata layiq görülənlər arasında "525-ci qəzet" olub.

Vəfa MƏMMƏDLİ

 





25.07.2014    çap et  çap et