525.Az

Gənclər arasında savadlılıq dərəcəsi 100 faizdir


 

Gənclər arasında savadlılıq dərəcəsi 100 faizdir<b style="color:red"></b>

Azərbaycan dünyada 15-24 yaş arasında olan əhalinin savadlılıq dərəcəsi 100 faiz olan çox az ölkədən biridir.

"
Trend"in BMT İnkişaf Proqramının saytına istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin ekspertləri tərəfindən hazırlanmış "İnsan inkişafı indeksi hesabatı 2014" qeyd edilib. Bu göstərici Azərbaycanla yanaşı, 187 ölkənin insan inkişafı indeksinin qiymətləndirildiyi hesabatda 4 ölkədə - Moldova, Koreya Xalq Demokratik Respublikası, Polşa Kubada da qeydə alınıb.

Azərbaycanda 15 yuxarı yaş arasında olan əhalinin savadlılıq dərəcəsi isə 99,8 faizdir. Ancaq nədənsə BMT-nin açıqladığı hesabat ilə Tələbə qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) keçirdiyi son imtahanlarda abituriyentlərin göstərdiyi nəticələr uyğunluq təşkil etmir.

Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyinin (GSİD İB) sədri Rövşən Bağırovun dediyinə görə, əvvəllər Universitetə qəbul olmaq çətin, bitirmək isə asan idi: "El arasında belə bir söz var - əsas qəbul olmaqdır, sən universiteti bitirə bilməsən o səni bitirəcək. İndi isə hər ikisi asanlaşıb, həm qəbul olmaq, həm oxumaq. Avropa təcrübəsini götürsək, onlarda qəbul asan, amma ali məktəbi bitirmək çətindi. Bir ixtisasa 50 nəfər qəbul olursa, sonda hamı bitirə bilmir. Çünki onlar sırf mütəxəssis yetişdirirlər. İmtahandan keçmək üçün bizdəki kimi başqa vasitələr yoxdur". QHT sədri, ikisindən birinin çətinləşdirilməsini vacib sayır: "İndiki halda TQDK-nın keçid ballarını aşağı salması düzgün deyil. Aşağı balla abituriyentlərin qəbul olması gələcəkdə savadsız mütəxəssislərin olması deməkdir. Belə olan halda təsadüfi abituriyentlər 100-150 balla ali məktəbə qəbul olur təhsil ocağını bitirməsində heç bir çətinlik yaranmır. Çünki Universitetlərdə hələ şəffaflıq tam bərpa olunmayıb".

Hesabatda qeyd olunub ki, 2005-2012-ci illərdə 25 yuxarı yaşda olan qadınların 93,7 faizi orta təhsillidir. Kişilərdə isə bu göstərici 97,4 faiz təşkil edib.

2008-2012-ci illərdə Azərbaycanda gənclərin məşğulluğu 15-24 yaş arasında olan əhali üzrə 14,2 faiz təşkil edib.

Qeyd edək ki, BMT-nin hazırladığı "İnsan inkişafı indeksi hesabatı 2014"- Azərbaycan insan inkişafı indeksinə görə 187 ölkə arasında 76- yeri tutub. "İnsan inkişafı indeksi hesabatı 2013"- isə Azərbaycan insan inkişafı indeksinə görə 82-ci yerdə qərarlaşmışdı.

Dünya ölkələrində insan yaşayışı səviyyəsinin qiymətləndirilməsi baxımından aparıcı beynəlxalq meyar hesab edilən bu sənəd hazırlanarkən insanların orta ömür uzunluğu, savadlılıq dərəcəsi, səhiyyə, təhsil almaq imkanı, adambaşına düşən ÜDM digər amillər nəzərə alınır.

Ceyhun ABASOV

 





25.07.2014    çap et  çap et