525.Az

Ermənilər Azərbaycanla sərhəddə yeni sistem qurublar


 

Ermənilər Azərbaycanla sərhəddə yeni sistem qurublar<b style="color:red"></b>

Ermənistan son illər antidiversiya tədbirləri çərçivəsində sərhəd bölgələrdə yeni avadanlıqlar qurub.

APA-nın məlumatına görə, bu barədə «Azadlıq» radiosuna müsahibəsində Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.
 
S. Ohanyanın sözlərinə görə, mühəndis qurğuları və onlara inteqrasiya olunan sistemlər diversiya nüfuzetməsinin qarşısını almağa imkan verir. Bu qurğular ön xətdə müəyyən ərazilərdə qurulub.
 
Müdafiə naziri hazırda yeni qurğuların sınaqdan keçirildiyini vurğulayıb. O, xüsusilə İT texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərlə aktiv əməkdaşlıq etdiklərini bildirib.
 
Ermənistan İnformasiya Texnologiyaları Müəssisələri İttifaqının icraçı direktoru Karen Vardanyan isə Ohanyanın səsləndirdiyi fikirlərlə razılaşmayıb. Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin İT sferasında çalışan şirkətlərlə əməkdaşlığını istənilən səviyyədə deyil.
 
Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun diversiya qruplarının Qarabağa və Ermənistan ərazilərinə sızmalarına dair mütəmadi olaraq mətbuata verdiyi açıqlamalar müdafiə naziri S. Ohanyanın fikirlərini təkzib edir. Xüsusilə inteqrə olunmuş sərhəd mühafizə sistemləri (bura yerüstü müşahidə radarları, gündüz və gecə kameraları, termal kameralar, elektron çəpərlər, seysmik sensorlar və s. daxildir) bahalı olduğundan Ermənistanın 1000 km-dən artıq bir ərazini - Azərbaycanla cəbhə xəttini əhatə edən belə bir layihəni həyata keçirməsi inandırıcı görünmür.

 





25.07.2014    çap et  çap et