525.Az

Vergidən yayınan iki nəfər beynəlxalq axtarışa verilib


 

Vergidən yayınan iki nəfər beynəlxalq axtarışa verilib<b style="color:red"></b>

Azərbaycan vergidən yayınan daha iki nəfəri beynəlxalq axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
 
Məlumata görə, 51 yaşlı Sergey Slobodin və 47 yaşlı Ruslan Çobanov Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə təqsirləndirilirlər.
 
Hər iki şəxs Azərbaycandan qaçıb, onların saxlanılması üçün İnterpola müraciət olunub.
 
Hazırda dövlətlərarası axtarış tədbirləri davam etdirilir.

 





25.07.2014    çap et  çap et