525.Az

"İnter" Avropa Liqasında mübarizəni dayandırdı


 

"İnter" Avropa Liqasında mübarizəni dayandırdı<b style="color:red"></b>

Avropa Liqasının II təsnifat mərhələsinə yekun vurulub.

Qol.Az-ın məlumatına görə, Premyer Liqamızın gümüş mükafatçısı “İnter” də mübarizəsini davam etdirirdi.

Kaxaber Sxadadzenin rəhbərlik etdiyi komanda öz meydanında İsveçin “Elfsborq” klubu ilə qarşılaşıb. Səfərdə keçirilən ilk oyunda qalib gələn (1:0) təmsilçimizin mərhələ keçmək şansı daha yüksək qiymətləndirilirdi.

Əsas vaxtda rəqibinə 0:1 hesabı ilə uduzan "İnter"in oyununda əlavə vaxta ehtiyac duyulub. Burada da qol vurulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Penalti zərbələrini daha dəqiq yerinə yetirən "Eflsborq" növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, "İnter" bu oyunda qalib gəlsə, bu, onların cari Avroliqada ardıcıl üçüncü qələbəsi olacaq.

“Şəfa” stadionunda keçiriləcək oyun saat 21:00-da start götürəcək.

24 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu

21:00. “İnter” (Azərbaycan) – “Elfsborq” (İsveç) (İlk oyun – 1:0) - 0:1 (Penaltilər seriyası - 3:4)
Hakimlər: Stanislav Todorov, İvo Kolev, Martin Venev, Nikolay Yordanov (hamısı Bolqarıstan).
Qol: Sebastyan Holmen, 45+1 (0:1)
Qırmızı vərəqə: Laşa Salukvadze, 3 ("İnter")
Reallaşdırılmayan penalti: Per Frik ("Elfsborq"), 4-cü dəqiqə, qapı tiri

PENALTİLƏR SERİYASI:

"İnter": - + + - + -

"Elfsborq": + + - - + +

Dəqiq vurulan penaltilər: Viktor Prodel, Aleksandr Amisulaşvili, Markus Rohden, David Mezakolli, Yohan Bokoyano, Mikel Bekman, Sebastyan Holmen

Dəqiq vurulmayan penaltilər: Mikel Alvaro, Lars Nilson, Matiya Şpiçiç, Mobeak, Arif Daşdəmirov

 





25.07.2014    çap et  çap et