525.Az

Dünyada 2,2 milyard insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayır


 

Dünyada 2,2 milyard insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayır<b style="color:red"></b>

Dünyada 2,2 milyard insan yoxsulluq həddində ya da yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

APA-nın BMT Xəbər Mərkəzinə istinadən verdiyi məlumata görə, bu barədə BMT İnkişaf Proqramının ekspertləri tərəfindən hazırlanan yeni hesabatda deyilir.
 
Hesabat müəllifləri müsbət dəyişikliklərə kasıb insanların sosial təminatının yaxşılaşdırılması yolu ilə nail olmağı təklif edirlər.
 
Sənəddə qeyd olunur ki, dünyanın bütün regionlarında insan inkişafının templəri aşağı düşür. Buna səbəb kimi maliyyə böhranları, ərzaq qiymətlərindəki dəyişikliklər, təbii fəlakətlər və hərbi münaqişələr göstərilir. 

 





25.07.2014    çap et  çap et