525.Az

İnstitut direktoru səhmdar cəmiyyət sədri oldu


 

İnstitut direktoru səhmdar cəmiyyət sədri oldu<b style="color:red"></b> İltimas Məmmədov rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısı sərəncam imzalayıb. İ. Məmmədov buna qədər Əli Abbasovun müavini vəzifəsində çalışırdı.

Bundan başqa Elmir Tofiq oğlu Vəlizadə dövlət başçısının digər sərəncamı ilə nazir müavini təyin edilib.

RYTN-dən verilən məlumatda o da bildirilib ki, Adil Abdulxalıq oğlu Qəribov  Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinə sədr  təyin edilib. Xatırladaq ki, akademik A. Qəribov AMEA-nın Radiasiya Problemləri İnstitunun direktorudur.
 
Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bir müddət öncə ləğv edilərək, onun bazasında  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.
 





25.07.2014    çap et  çap et