525.Az

İkinci qrup əlil maşınla qadını vurub öldürdü


 

İkinci qrup əlil maşınla qadını vurub öldürdü<b style="color:red"></b> Bakıda piyadanın ölümü ilə nəticələnən daha bir yol qəzası baş verib.
 
Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Kürdəxanı qəsəbəsi ərazisində Maştağa sakini, 1963-cü il təvəllüdlü Nuriyev İlham Dadaş oğlu idarə etdiyi “VAZ-2107” markalı, 10 CT 665 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən qadını vurub. Nəticədə piyada, 1958-ci il təvəllüdlü Leyla Şükürova aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, qəzanı törədən sürücü, 51 yaşlı İ.Nuriyev ikinci qrup əlildir.
 





25.07.2014    çap et  çap et