525.Az

Dövlət Qoruğundakı yanğınla bağlı məlumat


 

Dövlət Qoruğundakı yanğınla bağlı məlumat<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi İlisu Dövlət Təbiət Qoruğunda baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

Lent.az-ın məlumatına görə, iyulun 24-də axşam saat 18 radələrində İlisu Dövlət Təbiət Qoruğu ilə sərhəddə yerləşən qış otlaq sahələrində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Dərhal əraziyə cəlb olunmuş İlisu Dövlət Təbiət Qoruğunun və Fövqəladə Hallar Nazirliyinin Qax, Zaqatala və Balakən  Rayon Yanğından Mühafizə Hissələrinin əməkdaşlarının birgə səyləri nəticəsində gecə saat 03:30 radələrində yanğının qarşısı tam alınaraq qoruq ərazisinə keçməsinə imkan verilməyib.

Hadisə nəticəsində qış otlaq sahələrindəki biçilmiş taxıl sahələri və kol bitkilərinə ziyan dəyib.
 





25.07.2014    çap et  çap et