525.Az

Şəmkirdə bıçaqlanma: 1 ölü, 1 yaralı


 

Şəmkirdə bıçaqlanma: 1 ölü, 1 yaralı<b style="color:red"></b> Şəmkirdə qətl törədilib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Moral kəndində qeydə alınıb.
 
Kənd sakini, 1979-cu il təvəllüdlü Mübariz Zamanov və onun tanışı, 1986-cı il təvəllüdlü Elşən Nəcəfov aralarında yaranmış münaqişə zəminində bir-birinə bıçaq xəsarətləri yetiriblər. M. Zamanov aldığı xəsarətdən dünyasını dəyişib.
 
E. Nəcəfov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
 





25.07.2014    çap et  çap et